Ana südündən ayırmanın 2-ci mərhələsi: Qida teksturaları ilə tanışlıq

Əllər ağıza

Ana südündən ayırmanın növbəti mərhələsi

Ana südündən ayırmanın ikinci mərhələsində yumşaq pürelərdən daha qalın qida teksturalarına keçmək körpənizin çeynəməyi öyrənməsi mənasına gəlir. Bu, əl-göz koordinasiyasının özü yeməsinə imkan verdiyi hallarda, əl ilə yeyilən qidalar kimi daha böyük tikələri yeməsi üçün bir hazırlıqdır, eyni zamanda nitq inkişafı üçün də vaibdir. Yeddi aylıq körpəniz üçün dəmirlə zəngin reseptlər bu mərhələdə koqnitiv inkişafının dəstəklənməsinə kömək edə bilər.

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

Ana südündən ayırmanın 2-ci mərhələsi

Körpəniz yumşaq qida teksturalarını qəbul edərək onlardan zövq aldığı vaxt onu ana südündən ayırmanın növbəti mərhələsinə keçirə bilərsiniz – yeni dadlar və daha qalın teksturaları kəşf edin.

introducing food textures

Qidalandırıcılıq baxımından balanslaşdırılmış ana südündən ayırma pəhrizi

Bir qida körpənizə ehtiyac duyduğu qidalandırıcı maddələri verə bilmədiyi üçün ona müxtəlif çeşidli qidalar təklif etməyiniz lazımdır. Bu onun düzgün vitamin və mineral balansına sahib olmasından əlavə, böyüməsi, öyrənməsi və ətrafındakı dünyanı kəşf etməsi üçün ehtiyac duyduğu enerjinin təmin olunmasına kömək edəcək.

Bu mərhələdə onunla birlikdə doğulan təbii ehtiyatı 6 ay sonra azalmağa başladığı üçün yeməklərinin və südünün tərkibində sağlam miqdarda dəmir olmasından əmin olmağınız xüsusilə vacibdir.

Ana südündən ayırmanın 2-ci mərhələsində körpəniz nə yeməlidir

Körpənizin gününə vacib vitamin və minerallarla zənginləşdirilmiş, amma şəkər və ya düz əlavə edilməyən səhər yeməyi yulafı ilə başlamağa cəhd edin. Onun əsas yeməklərinə bir sıra fərqli tərəvəzləri əlavə etməyi, desert üçün isə meyvəni yaddan çıxartmayın. Bu yaşdakı körpələr adətən yeni dadları sınamağa həvəsli olurlar, buna görə də badımcan, göbələk və ananas kimi qidalarla tanışlıq üçün əla vaxtdır.

plate of broccoli Brokkoli kimi bişmiş tərəvəzlərin kiçik parçaları ana südündən ayırmanın ikinci mərhələsi üçün idealdır

Körpəniz günbəgün daha çox yesə də, ana südü və ya südlü qatışıq onun pəhrizində hələ də vacib yer tutur. Onun yeməyini hazırlamaq üçün istifadə etdiyiniz süd də daxil olmaqla gündə təxminən 500-600 ml südə ehtiyacı var.

Düzgün tekstura

Ana südündən ayırmanın ikinci mərhələsi özündə necə çeynəməyi öyrənməyi də ehtiva edir. Bu, körpənizi çənəsini yuxarı və aşağı hərəkət etdirməyə təşviq edən yumşaq pürelərdən qatı qida teksturalarına keçməklə baş verəcək. Körpəniz bunu anladıqda daha böyük tikələrə və parçalara keçməyə hazır olacaq.

Körpənizin koordinasiyası da inkişaf edə bilər, buna görə də onları əl ilə yeyilən qidalar və özü yeməsinin əyləncəsi ilə tanış etməyə cəhd göstərin. Kiçik parçalar halında bişmiş qarışıq tərəvəzlər, yumşaq meyvə kubları və ya tost dilimləri başlanğıc üçün idealdır.

Düzgün dadlar

İndi körpəniz yeni dadları sınamağa açıq olduğu bir mərhələni yaşadığı üçün ona fərqli dadları xoşlamasına kömək edəcək müxtəlif çeşidli sağlam qidaları təklif etməyiniz vacibdir. Bu seçimlər iki yaşından başlayaraq təxminən səkkiz yaşına qədər nisbətən sabit qala bilər, buna görə də indi körpənizə daha çox qida təklif etmək onun sonrakı uşaqlıq dövrlərində və ilk məktəb illərində vasvası yeyən olmasının qarşısını almağa kömək edəcək.

NÖVBƏTİ ADDIMLAR

Ana südündən ayırmanın 2-ci mərhələsində alış-veriş siyahınıza bunları əlavə edin:

  • Brokkoli
  • Kabak
  • Göbələk
  • Ananas
  • Şaftalı
  • Təzə qızıl balıq
  • Qırmızı ət
  • Pendir və tam yağlı yoğurtlar
  • Dəmirlə zənginləşdirilmiş səhər yeməkləri – şəkər və duz əlavə edilməmiş variantları seçin

Sİ (Süni İntellekt) nəcis yoxlayıcı

Manual “Nəcis yoxlayıcı”

Uşağınızın nəcisinə ən uyğun gələn rəngi və konsistensiyanı seçmək üçün slayderlərdən istifadə etməklə uşağınızın qarnı üçün düzgün qulluq tövsiyəsi əldə edin.

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x