Hamiləlikdə sükan arxasında

Xülasə

Əgər ginekoloqunuzun qəti etirazı yoxdursa, hamiləlik dövründə avtomobil idarə etməyə davam edə bilərsiniz, amma hamiləliyin gedişində bəzi dəyişikliklər etmək ehtiyacı yarana bilər. Hamiləlik dövründə avtomobili daha rahat idarə etmək üçün tövsiyələr, avtomobil sürməyi öyrənmək və sınaq yürüşü barədə ətraflı məlumat alın.

Avtomobil ilə səyahət

Hamiləlik dövründə heç bir ağırlaşma hiss etmirsinizsə, avtomobil sürməyi dayandırmağınıza bir səbəb yoxdur. Sükandan və alətlər panelindən istifadə etməkdə çətinliyiniz olmadığı halda, özünüzü rahat hiss edənə qədər sürə bilərsiniz.

Amma bəzi qadınlar üçün hamiləlik əlamətləri avtomobil sürməyi mümkünsüz edir: məsələn, özünüzü son dərəcədə yorğun hiss edirsinizsə, səhər ürəkbulanması və ya hyperemesis gravidarum-dan əziyyət çəkirsinizsə. Həmişə ginekoloqunuzun tövsiyələrinə əmin edin və əmin olmadığınız məqamı soruşun.

Hamiləlikdə təhlükəsiz idarəetmə

Sürməyə davam etmək üçün özünüzü əmin hesab edirsinizsə, idarəetməni daha təklükəsiz və rahat etmək üçün bəzi tövsiyələr:

  • Hamiləlik qarnınız böyüdükcə oturacağınızı nizamlayın. Oturacağın söykənəcəyini açmaq kömək edə bilər, amma əllərinizin sükana çatdığından əmin olun.
  • Təhlükəsizlik kəmərinin aşağı hissəsi qarnınızın üstü boyunca yox, altından, çiyin hissəsi isə qarnınızın üstündən, sinənizdən keçməlidir.
  • Hava yastıqları işlək rejimdə olmalıdır; onlar hələ ki, istifadə üçün təhlükəsizdir, hadisə zamanı sizi və qarnınızı qoruyacaq.
  • Çox yorulmamaq üçün fasilələr verin. Əgər dabanlarınızın şişməsindən əziyyət çəkirsinizsə, qan dövranının yaxşılaşması üçün avtomobili saxlayarkən ayaqlarınızı açıb-bükün.
  • Avtomobilə minərkən və düşərkən asta hərəkət edin, düşməmişdən əvvəl yerinizdə fırlanaraq ayaqlarınızın hər ikisini yerə qoyun. Bu, ombanızda və çanağınızda hər hansı bir bağın gərilməsinin qarşısını almağa və simfiz pubic disfunksiyası (SPD) narahatlığını azaltmağa kömək edəcək.
  • Belinizə qoyacağınız yastıq onurğanızı dəstəkləyə bilər, büzdüm üçün yastıq isə sizi daha rahat vəziyyətə qaldırmaq üçün istifadə edilə bilər.
  • Avtomobildə sərnişin kimi olduqda ürəkbulanması güclənə bilər. Hər ehtimala qarşı, özünüzlə yastıq götürün və yatmağa çalışın.
  • Telefonunuzun həmişə avtomobildə yanınızda olduğundan və enerjisinin çox olduğundan əmin olun.
  • Avtomobilinizi saz vəziyyətdə saxlayın. Əgər uzun müddətdir getmirsinizsə, indi texniki servisə getməyin əsl vaxıdır.

Kiçik olsa belə, nəqliyyat hadisəsi baş verərsə və ya hava yastıqları açılarsa, dərhal həkiminiz və ya ginekoloqunuzla görüşün.

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x