Oxuma müddəti: 4 dəqiqə
İlk körpənizi dünyaya gətirmək həyatınızda cəmi bir dəfə baş verən hadisədir, buna görə də hər şeyi nəzərə aldığınızdan əmin olmaq istəyəcəksiniz. Doğuş vəziyyətindən, ağrının azaldılmasından tutmuş doğuş vaxtı musiqi dinləməyə qədər bütün istəklərinizi doğuş planınıza yazmağınız həyat yoldaşınızı və mama-ginekoloqunuzu sizin istəklərinizdən xəbərdar edəcək.
Doğuş planını necə yazmaq, nələri araşdırmaq, doğuş planı nümunələri, eyni zamanda qeysəriyyə doğuşu və evdə doğuş planı barədə bilmək üçün oxumağa davam edin.
Pulsuz onlayn alətlər
Doğuş kalkulyatorumuzdan körpə simptom yoxlayıcısına qədər praktiki alətlər
Doğuş planını necə yazmalı
Doğuş planına doğuş vaxtı sizin nələrə üstünlük verəcəyiniz, istəkləriniz göstərilir. Sizə doğuşla bağlı gözləntiləriniz barədə düşünmək şansı yaradır və mama-ginekoloqunuza sizin necə bir doğuş istədiyinizlə bağlı təlimat verir. Bütün məqamları müfəssəl şəkildə qeyd edə və istədiyiniz vaxt, doğum evinə gedərkən və ya doğuş ərəfəsində dəyişiklik edə bilərsiniz.
Yazmamışdan əvvəl araşdırın
Əgər siz doğuş öncəsi təlimlərə gedirsinizsə, çox güman ki, orada sizə doğuş planı barədə danışacaqlar. Alternativ olaraq, bu yaxınlarda ana olmuş rəfiqələrinizdən məsləhət ala bilərsiniz. Eyni zamanda ağrı yüngülləşdirici vasitələr arasında araşdırma aparmaq da yaxşı fikirdir, axı sizi nə gözlədiyini bilirsiniz. Doğuşu xüsusi xəstəxana və ya doğum evində reallaşdırmağı planlaşdırırsınızsa, orada hansı imkanların olduğunu da bilməyiniz faydalıdır.
Doğuş planı sizə doğuşla bağlı gözləntiləriniz barədə düşünmək şansı verir və mama-ginekoloqunuzu sizin necə bir doğuş istədiyinizlə bağlı təlimatla təmin edir.
Doğuş planı nümunəsi
- Doğuş partnyorunuz
Doğuş ərəfəsində və hətta istəyərsinizsə, doğuş zamanı yanınızda kimin olacağını dəqiqləşdirin. - Doğuş vəziyyətləri
Hansını istəyərsiniz: böyrü üstə uzanmaq, doğuş topundan istifadə etmək və ya başqa biri? Sizə ən rahat hansı olacağı barədə düşünün. - Ağrı yüngülləşdirici
Nəfəsalma texnikası, su, qaz və ya hava, yoxsa epidural anesteziya? İstifadə etmək istədiyiniz və üstünlük verdiyiniz ağrı yüngülləşdirici vasitələri siyahıya yazın və hansından istifadə etmək istəmədiyinizə qərar verin. - Doğuşun harada olmasını istəyirsiniz?
Körpənizi harada dünyaya gətirmək istəyirsiniz: xəstəxanada, doğum evində, yoxsa evdə? Əgər seçiminiz evdirsə, ginekoloqunuzun iştirakını təmin edin. - Köməkçi doğuş
Doğuşda köməyə ehtiyacınız olacaqsa, bunun pinset, yoxsa ventilyasiya olacağına qərar verin. - Körpənizi yedizdirmək
Körpənizi yedizdirməklə bağlı planınızı dəqiqləşdirin. - Gözlənilməz situasiyalar
Əgər körpəniz xüsusi küvezə qoyulmalı olarsa, onun qayğısına nə dərəcədə cəlb olunmaq istəyirsiniz? - Tibbi vəziyyətiniz və ya məhdudiyyətiniz
Tibbi vəziyyət və məhdudiyyətinizlə bağlı hər bir məlumatı daxil etməyiniz mama-ginekoloqunuza həmin gün kömək olacaq. - Mədəni və ya dini ehtiyaclar
Əgər körpəniz doğulduqdan sonra yerinə yetirilməsini istədiyiniz hansısa dini və ya mədəni ayin varsa,1 qeyd edin. - Digər məqamlar
- Ətrafın işıqlandırılması, canlandırıcı musiqi, körpəniz dünyaya gələrkən eşidəcəyi səslər… bütün bunların hamısı barədə düşünün və istəkləriniz barədə mümkün qədər ətraflı yazın.
Qeysəriyyə əməliyyatı doğuş planı
Əgər doğuşun qeysəriyyə əməliyyatı ilə olacağını artıq bilirsinizsə, doğuş planınıza bəzi şeylər əlavə edə bilərsiniz. Bəzi qeysəriyyə əməliyyatı doğuş planı nümunələrinə körpəniz doğulan zaman onu görə bilməyiniz üçün pərdənin bir qədər aşağı salınması və ya ümumiyyətlə pərdənin olmaması kimi bölmələr daxil ola bilər.
Evdə doğuş planı
Hamiləliklə bağlı risklər azdırsa, doğuşu evdə gerçəkləşdirməyi seçə bilərsiniz. Bunu mümkün olub-olmayacağını ginekoloqunuzla məsləhətləşməyiniz vacibdir və əgər doğuş evdə olacaqsa, hər ehtimala qarşı yenə də xəstəxana çantasını hazır etməlisiniz. Evdə doğuş barədə daha çox məlumatı buradan tapa bilərsiniz.
- Tommy’s. How to prepare for your c-section [Online]. 2018. Available at: https://www.tommys.org/pregnancy-information/labour-birth/caesarean-section/how-prepare-your-c-section [Accessed May 2020]
Son baxış: 20 may 2020
Nutricia-nın Tibbi və Elmi Məsələlər Komandası tərəfindən nəzərdən keçirilib
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.