Xəstəxana çantanızı hazırlamaq
Xəstəxana çantanızı hazırlamaq hamiləliyin həyəcanlı anlarının nişanəsidir. Körpənizin tez gələ bilmə ehtimalını nəzərə alaraq ehtimal edilən doğuş tarixindən iki həftə əvvəl hazırlamağınız yaxşı olar. Doğuş partnyorunuza çantaya nələri qoyduğunuzu göstərməyi unutmayın, bununla da o, lazım olan şeyi daha rahat tapacaq. Ehtiyac duyacağınız hər şeyi götürdüyünüzdən əmin olmaq üçün bizim hazırladığımız və ginekoloqlar, hamiləlik konsultantları, bu mövzu ilə əlaqəli bloqerlərin tövsiyə etdikləri yoxlama siyahımıza baxın.
Suyu borucuq ilə içməyi son dərəcə tövsiyə edərdim. Bu yolla doğuş zamanı partnyorunuz içki qabını tuta və siz rahatlıqla içə bilərsiniz!
- Doğuş planı və hamiləlik qeydləri
- Corab və çəkələk (ev ayaqqabısı)
- Əmizdirmə büsqalteri və döş üçün bez
- 8 cüt hamiləlik alt paltarı
- Geniş gecə geyimi və xalat
- Gigiyenik və ya hamiləlik üçün bez
- Dəsmal, şampun, diş məcunu və fırçası
- Geniş, rahat “evə dönüş” geyimləri
- Tünd rəngli və ya köhnə dəsmallar
- Şapşap
- Qabıqlı çərəzlər, quru meyvə və banan
- Çərəz batonu
- Su və ya idman içkiləri
- Şokolad
- Şirniyyat
- Doğuş hovuzu üçün üst bikini
- Sinir stimulyatoru (TENS) aparatı və batareyalar
- Makiyaj vasitələri, nəmləndirici və dodaq balzamı
- Saç bağı və ya sancağı
- Kitab, jurnal, musiqilər, planşet və ya eReader
- Əlavə yastıq
- Qulaq üçün tıxac və yuxu maskası
- Əl feni
- Lavanda ətirli hava təravətləndiricisi
- Qeyd kitabçası və ya gündəlik
Körpəm üçün dəbdəbəli “evə gəliş” paltarı
- Köynək və pijamalar
- Əlcək və corablar
- Papaq
- Ədyal
- Avtomobil üçün 0+ arxaya baxan uşaq oturacağı
- Evə gəliş paltarı
- Bələk (qundaq)
- Uşaq bezi
- Uşaq bezi çantası
- Pambıq
Həyat yoldaşım üçün çoxlu çərəz var idi, odur ki, onun itmək üçün bəhanəsi yox idi
- Parkinq üçün pul
- Telefon və adapter
- Gigiyenik vasitələr
- Çərəzlər
- Dəyişək paltar
- İçkilər
- Müxtəlif əyləncə vasitələri
Pulsuz onlayn alətlər
Doğuş kalkulyatorumuzdan körpə simptom yoxlayıcısına qədər praktiki alətlər
Digər faydalı məsləhət
Qeysəriyyə əməliyyatı və ya əkiz doğuşu daha geniş hazırlıq tələb edə bilər. Aşağıda daha ətraflı.
Çox güman ki, bir neçə gün xəstəxanada qalacağınız üçün çantanıza bəzi əlavə şeylər qoya bilərsiniz. Kitablar, jurnallar, qulaqlıq, əməliyyatı gözləyərkən və doğuşdan sonra dinləməyiniz üçün telefonuzda çox sayda musiqi.
Sizin kəsiyi örtməsi üçün bir neçə cüt yüksək belli pambıq alt paltarına və əmizdirmə zamanı asan olması üçün rahat geyimlərə ehtiyacınız olacaq. İlk əvvəllər hərəkətliliyinizdə bir qədər çətinlik olacağı üçün gecə köynəyi və ev ayaqqabısı götürməyiniz də yararlı olar. Daha uzun müddət qalacağınız üçün körpənizin daha çox paltara və uşaq bezinə ehtiyacı olacaq, amma yer məhdud olduğu üçün ehtiyac olacağı halda rəfiqələriniz və ya ailə üzvlərinizin gətirməsini istəyə bilərsiniz.
Əgər siz əkiz körpələr gözləyirsinizsə, çantanızı hamiləliyin 26-cı həftəsinədək hazırlamağınız faydalı olar. İki dəfə daha çox uşaq geyiminə və bezinə ehtiyacınız olacağını deməyə ehtiyac yoxdur, buna görə də palatada yerə qənaət etmək məqsədilə hazırlayacağınız iki çantadan birini maşında və ya partnyorunuzun yanında saxlaya bilərsiniz.
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.