Hamiləlikdə yeməyə qarşı hədsiz istək

Şorabalardan pikasizmə

Hamiləlikdə yeməyə qarşı hədsiz istəyinizi anlamaq

Yeməyə qarşı hədsiz istək hamiləlik dövründə geniş yayılıb və ənənəvi şorabalardan tutmuş qeyri-ənənəvi, qeyri-qida məhsullarına qədər dəyişə bilər. Yeməyə qarşı hədsiz istəyin yaranma səbəbləri, onun nə qədər davam edə biləcəyi və körpənizin qidalandırıcılar ilə təmin olunmasına təsir etmədən onu necə tənzimləyə biləcəyiniz barədə öyrənin.

Hamiləlikdə yeməyə qarşı hədsiz istək

Gələcək anaların çoxu hamilə olarkən müəyyən qidalara qarşı hədsiz istək, meyl hiss edirlər. Bu istək hamiləlik hormonlarının dalğalanmasından qaynaqlana bilər və orqanizminiz sizi sizdə çatışmayan hər hansı bir vitamini və ya qidalandırıcını daha çox yeməyə sövq edə bilər. Məsələn, ürəyiniz duzlu zeytun istəyirsə, bu, orqanizminizin natrium qəbulunu artırmaq istədiyindən xəbər verə bilər.

Hətta əvvəllər çuğundur və ya limon dilimlərinə qarşı heç iştahınız olmasa belə, hamilə olarkən onları tamahkarlıqla istəyə bilərsiniz.

Hamiləlikdə yeməyə qarşı hədsiz istək nə vaxt başlayır?

Əslində qəti və dəqiq qayda mövcud deyil, çünki hər hamilə qadın fərqlidir. Amma yeməyə qarşı hədsiz istək orqanizminizdə hamiləlik hormonları əmələ gələrkən başlaya bilər. Əslində yeni istəklər və imtinalar hamiləliyin ilk, ən çox nəzərəçarpan əlamətlərindəndir.

İstəyinizin gücü hamiləliyiniz boyunca oynaya və bu aydan digər aya görə dəyişə bilər. Bir neçə araşdırmanın nəticəsi hamiləliyin mərhələləri ilə yeməyə qarşı hədsiz istək növləri arasında tendensiyanın olduğunu üzə çıxarmışdır. Mütəxəssislər birinci rübdə ədviyyatlı qidalara qarşı istəyin daha geniş yayıldığı, ikinci rübdə isə gələcək anaların daha çox şirin qidalar istəmələri və hamiləliyin sonlarına doğru duzlu qidalara üstünlük verdikləri qənaətinə gəlmişdilər.

Hamiləlikdə geniş yayılmış qida istəkləri

coal Pikasizm kömür, torpaq və ya təbaşir kimi qeyri-qidalara qarşı hədsiz istəyi ifadə edən termindir.

Hamiləlikdə yeməyə qarşı hədsiz istək sağlam olanlardan sağlam olmayanlara görə dəyişir və bunları ehtiva edə bilər:

  • Portağal, limon kimi turş sitrus meyvələr
  • Süd məhsulları
  • Acı, ədviyyatlı yeməklər
  • Şirin, şəkəri bol təamlar
  • Duzlu çərəzlər

İstək güclü olsa da, həddən artıq sağlam olmayan şəkərli, duzlu və ya yağlı qidalardan uzaq durmaq yaxşıdır. İştahınızı yatızdırmaq üçün quru meyvələr və qabıqlı çərəzlər kimi daha sağlam seçimlərə üstünlük verin.

Qeyri-qidalara qarşı hədsiz istək

Qeyri-qidalara qarşı istəyi görməməzliyə vurmamaq vacibdir.

Pikasizm kömür, torpaq və ya təbaşir kimi qeyri-qidalara qarşı hədsiz istəyi ifadə etmək üçün istifadə olunan termindir. Hamilə qadınlarda bu istəyin hansı səbəblərdən yarandığını heç kim bilmir, amma bu, mineral çatışmazlığı əlaməti2,3 və ya orqanizmin ürəkbulanmanı yüngülləşdirməyə cəhd etməsi ilə bağlı ola bilər. Pikasizm dünyanın hər yerində hamilə qadınlarda müşahidə olunur və adətən körpə doğulduqdan sonra öz-özünə itir.

Qeyri-adi səslənə bilər, amma qeyri-qidalara qarşı hədsiz istəyiniz varsa, buna qarşılıq verməməyiniz vacibdir. Bu istəyinizə qarşı müqavimət göstərərək sizə və körpənizə hər hansı bir ziyan dəyməsinin qarşısını almalısınız.

Bunun əvəzinə, duş qəbul edərək və ya qidalandırıcı çərəzlər və ya yeməklər yeməklə fikrinizi yayındırmağa çalışın. Pəhriziniz vasitəsilə düzgün qidalandırıcıları qəbul etdiyinizə dəstək olmaları üçün mütləq bu barədə həkiminizə və ya ginekoloqunuza məlumat verin.

lemon

Hamiləlikdə yeməyə qarşı hədsiz istək

Yeməyə qarşı hədsiz istək hamiləlik dövründə geniş yayılıb və ənənəvi şorabalardan tutmuş qeyri-ənənəvi, qeyri-qida məhsullarına qədər dəyişə bilər.

Sağlam, balanslaşdırılmış pəhrizin qorunması

Hamiləlikdə yeməyə qarşı hədsiz istək keçicidir və hamiləliyiniz davam etdikcə bu istəklərin intensivliyinin azaldığını görə bilərsiniz. Hamiləlik diabetiniz varsa, hamiləliyinizin sonrakı mərhələlərində şirin qidalar istəyə bilərsiniz və bu, vəziyyəti daha da pisləşdirə bilər. Amma bu istəklər adətən doğuşdan sonra yox olur.4

Bəzi qidaların özü ilə əlaqəli risklər gətirə biləcəyini unutmayın. Məsələn, əgər bekon istəyirsinizə, özünüz də bilmədən yüksək miqdarda duz qəbul edə bilərsiniz.

Sağlam yanaşma daha sağlam seçimləri axtarmağa əsaslanır. Qurudulmuş meyvə şirin qida istəyinizi zəiflətməyə kömək edərkən, bir kasa duzsuz, qapıqlı çərəz çips sevdanızı yatızdıra bilər.

Müntəzəm olaraq qidalandırıcı yeməklər yemək körpənizə sağlam inkişafı üçün ehtiyac duyduğu qidalandırıcı maddələri təmin etməyin ən yaxşı üsuludur. Buna görə də, şəkərli və ya çox yağlı qidalara qarşı hədsiz istək hiss edirsinizsə, daha sağlam alternativləri sınamağa çalışın:

  • Şokolad plitəsini qurudulmuş meyvə ilə əvəz edin
  • Biskvitləri qızardılmış çaylı kekslər ilə əvəz edin
  • Tortları cemli tost və beyql ilə əvəz edin
  • Çipsiləri zeytun, bir ovuc çərəz və toxumlar və ya pendir ilə əvəz edin
  • Dondurma desertini meyvə əsaslı desert ilə əvəz edin

  1. Horloff NC, Hormes JM. Pickles and ice cream! Food cravings in pregnancy. Front Psychol 2014; 5: 1076
  2. López LB et al. Maternal iron status and neonatal outcomes in women with pica during pregnancy. Int J Gynaecol Obstet 2007;98(2):151-152.
  3. Kettaneh A et al. Pica and food craving in patients with iron-deficiency anemia: a case-control study in France . Am J Med 2005;118(2):185-188.
  4. Belzer LM et al. Food cravings and intake of sweet foods in healthy pregnancy and mild gestational diabetes mellitus. A prospective study. Appetite 2010;55(3)609-615.
  5. NHS UK. Salt: the facts [Online]. 2013. Available at: www.nhs.uk/Livewell/Goodfood/Pages/salt.aspx [Accessed June 2014]reference text

Son baxış: 29 iyul 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x