Oxuma müddəti: 5 dəqiqə
Qadınların çoxu hamiləlik dövründə lazım olmadığı halda çoxsaylı qidadan imtina edir,2 buna görə də əmizdirmə dövründə hansı qidalardan uzaq durmalı olduğunuzu göstərmək üçün elmi araşdırmalara əsaslanan bu faydalı təlimatı hazırladıq.
Əmizdirmə dövründə ədviyyatlı qidalardan uzaq durmaq lazım deyil. Əslində bu qidaların dadlarının ana südünə əlavə olunması ana südündən ayırma dövrünə gəldikdə körpənizin daha çox dad almasına kömək olur.1
Allergiyanız yoxdursa, körpənizin allergik reaksiya göstərəcəyini düşünmürsünüzsə və ya həkiminiz tərəfindən sizə tövsiyə olunmayıbsa, allergik qidalardan uzaq durmağınıza ehtiyac yoxdur.2
Körpənizi ana südündən gələn sağlam yağlarla təmin etmək üçün həftədə 2 porsiya yağlı balıq yeməyiniz vacibdir. Eyni zamanda balıqda olan civə səviyyəsinə görə 2 porsiyadan artıq da yeməməlisiniz.3,4
Əmizdirmə dövründə nələr yeyilməməlidir
Körpənizi ehtiyacı olan bütün vacib qidalandırıcılar ilə təmin etdiyinizdən əmin olmaq üçün əmizdirmə dövründə sağlam və balanslı pəhriz saxlamağınız vacibdir. Bu səbəbdən də, körpəniz üçün vacib qidalandırıcı mənbəni yox edə biləcəyinizə görə, əsaslı səbəb olmadan hər hansı qidadan uzaq durmamaq ən yaxşısıdır. Əgər hal-hazırda sağlam, balanslı pəhrizlə qidalanırsınızsa, əmizdirmə dövründə çox dəyişiklik etməyinizə ehtiyac yoxdur. Ən çox uzaq durulan qidalar ədviyyatlı qidalar, allergik qidalar və balıqdır.
Ədviyyatlı qidalar1
- Əmizdirmə dövründə ədviyyatlı qidalardan uzaq durmaq lazım deyil. Əslində bu qidaların dadlarının ana südünə əlavə olunması ana südündən ayırma dövrünə gəldikdə körpənizin daha çox dad almasına kömək olur.
Allergik qidalar
- Allergiyanız yoxdursa, körpənizin allergik reaksiya göstərəcəyini düşünmürsünüzsə və ya həkiminiz tərəfindən sizə tövsiyə olunmayıbsa, allergik qidalardan uzaq durmağınıza ehtiyac yoxdur.2
- İnək südü allergiyası körpələrdə böyük insanlara görə daha geniş yayılmışdır və bu, bir çox valideyndə narahatlıq yaradır. Ana südü ilə qidalanma inək südü allergiyasının bəzi simptomlarına səbəb olsa da, südlü qatışıq verərkən və ya ana südündən ayırma dövrünün başlanğıcında bu simptomların ortaya çıxması daha geniş yayılmışdır. Simptomlar arasında ekzema, dəri səpkisi, ishal, qusma, dodaqların şişməsi, qarın ağrısı var. Əmizdirmə dövründə inək südündən uzaq durmağınıza ehtiyac yoxdur, amma körpənizin reaksiya göstərdiyini düşünürsünüzsə, həkimə müraciət etməlisiniz.
Balıq
- Körpənizi ana südündən gələn sağlam yağlarla təmin etmək üçün həftədə 2 porsiya yağlı balıq yeməyiniz vacibdir. Eyni zamanda balıqda olan civə səviyyəsinə görə 2 porsiyadan artıq da yeməməlisiniz.3,4
- Marlin, qılıncbalığı və köpəkbalığında civə səviyyəsi yüksəkdir və həftədə sadəcə 1 dəfə yeyilməlidir. Qızılbalıq, tunes, skumbriya, alabalıq və sardina kimi digər balıqlar isə həftədə 2 dəfə yeyilə bilər.4
ƏSAS YAĞ TURŞULARININ
ELMİ ƏSASI
Nutricia tərəfindən dəstəklənir
Araşdırmalar göstərir ki, ana südündə təbii halda olan Omeqa-3 və Omeqa-6 kimi yağ turşuları körpənizin beyin, göz və sinir sisteminin inkişafı üçün çox vacibdir.2 Qızılbalıq, skumbriya, sardina və tunes kimi Omeqa-6 və Omeqa-3 ilə zəngin qidalar yemək körpənizin görmə, hissiyyat və koqnitiv inkişafına dəstək olacaq.
Əmizdirmə dövründə nələrdən uzaq durmalı
Əmizdirmə dövründə uzaq durmalı olduğunuz bəzi qeyri-qida məhsulları var, məsələn bəzi dərmanlar, kofein, alkoqol və tütün məhsulları. Bu dövrdə istifadə etdiyiniz dərmanlarla bağlı suallarınız olarsa, həkimə müraciət edin.
- Cooke, L., & Fildes, A. Appetite, 2011;57(3):808-811.
- Jeong G. et al. Korean J Pediatr. 2017;60(3):70-76
- European Food Safety Authority Panel on Dietetic Products, Nutrition and Allergies. Scientific opinion: DHA and ARA and visual development. EFSA Journal 2009;941:1-14.
- Foods to Avoid When Breastfeeding | Breastfeeding | Start4Life. (2020). Retrieved 3 January 2020, from https://www.nhs.uk/start4life/baby/breastfeeding/healthy-diet/food-and-drinks-to-avoid/
- Lifschitz, C., & Szajewska, H. Eur J Pediatr, 2015;174(2), 141–150.
Son baxış: 17 iyun 2020
Nutricia-nın Tibbi və Elmi İşlər Komandası tərəfindən nəzərdən keçirilib
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.