Oxuma müddəti: 5 dəqiqə
Körpənizi qucaqlamaqdan və ya qolunuzun altına sıxmaqdan tutmuş yanınızda uzandırmağa qədər hər ikiniz üçün də uyğun olan əmizdirmə vəziyyətini tapmağınız vacibdir. Özünüzü narahat hiss etsəniz, istənilən an körpənizin vəziyyətini yenidən dəyişdirin. Bu, dolmuş döşlərdəki hər hansı bir ağrını azaltmağa və uğurlu əmizdirməyə nail olmağa kömək edə bilər.
Hər ananın bədəni fərqlidir, bu səbədən də sizin üçün uyğun olan vəziyyət başqası üçün uyğun olmaya bilər.1
Uzanmaq əmizdirməyin erkən mərhələləri üçün ideal vəziyyətdir və körpənin əmmək üçün ilk reflekslərini göstərməsinə kömək edir.2
Sanki koala tutmuş kimi şaquli vəziyyətdə əmizdirmək körpənizdə reflüksün azalması üçün faydalı ola bilər.4
Yeni doğulmuş körpələr üçün ən yaxşı əmizdirmə vəziyyətləri
Yeni doğulmuş körpəniz üçün ən yaxşı əmizdirmə vəziyyəti yoxdur, çünki bütün anaların bədəni fərqlidir, bu səbəbdən də sizin üçün uyğun olan vəziyyət başqası üçün rahat olmaya bilər.1 Əmizdirməyə gəlincə isə, sizin və sizin körpəniz üçün rahat olan vəziyyəti tapmağınız həqiqətən də fərq yarada bilər.
Əmizdirmə vəziyyətləri
Beli üstə uzanmaq
- Bu vəziyyət sizin rahat bir şəkildə oturmağınızı və yüngülcə arxaya söykənməyinizi dəstəkləyir, körpənizin isə qarnınızın üzərində uzanaraq sinənizə doğru iməkləmək və əmmək imkanı olur.1
- Uzanmaq əmizdirməyin erkən mərhələləri üçün ideal vəziyyətdir və körpənin uğurlu əmməsi üçün ilk reflekslərini göstərməsinə kömək edir.2
Böyrü üstə uzanmaq
- Bu vəziyyət sizin böyrü üstə uzanmağınızı, körpənizin də yanınızda uzanmasını və qidalanan zaman üzbəüz olmağınızı təmin edir.
- Əgər sizdə qeysəriyyə doğuşu olubsa, bu vəziyyət faydalıdır, çünki qarnınızdakı təzyiqi yenidən yaşaya bilərsiniz.3
“Reqbi” tutması
- Bu vəziyyət körpənizin qolunuzla eyni xətdə, ayaqları arxanızda olacaq şəkildə uzanması və qoltuğunuza söykənməsini təmin edir.
- Əgər sizdə qeysəriyyə doğuşu olubsa, bu vəziyyət faydalıdır, çünki qarnınızdakı təzyiqi yenidən yaşa bilərsiniz.3
Beşik kimi tutmaq
- Bu vəziyyətdə əmən körpənizin üzü sizə baxır, siz isə onun başına, boynuna və çiyinlərinə dəstək verirsiniz.
- Bu vəziyyət ictimai yerdə əmizdirərkən faydalıdır, çünki körpəyə istənilən oturma vəziyyətində asanlıqla dəstək vermək olur.
Koala tutması
- Körpənizi dizinizdə otuzdurub, ayaqlarını ombanızın hər iki tərəfindən yerləşdirirsiniz.
- Əgər körpənizi ictimai yerlərdə yedirməkdən utanırsınızsa, bu vəziyyət sizə uyğundur.
- Həmçinin, əgər körpəniz kifayət qədər böyüyübsə və başını özü saxlaya bilirsə, bu vəziyyət sizə uyğundur. Əks halda, yedirmə zamanı körpənin başını saxlamasına dəstək vermək vacibdir.
Reflüks üçün ən yaxşı əmizdirmək vəziyyəti
Körpənizin reflüks ilə bağlı narahatlığı varsa, dik vəziyyətdə qidalanması faydalı olar. Buna görə də koala tutması körpənizdə reflüks hallarının azaldılması üçün faydalı ola bilər.4 Körpənizin qidalanması ilə bağlı hər hansı bir narahatlığınız olarsa, hər zaman həkiminizlə məsləhətləşin.
- Colson, S. Maternal breastfeeding positions: Have we got it right? (2). The Practising Midwife, 2005;8(11):29-32.
- Colson, S., Meek, J. and Hawdon, J. Early Hum Dev, 2008;84(7):441-449.
- Puapornpong, P., et al. Breastfeed Med, 2017;12(4):233-237.
- Thomson, S. J Hum Lact, 2013;29(2):147-149.
Son baxış: 08 aprel 2020
Nutricia-nın Tibbi və Elmi İşlər Komandası tərəfindən nəzərdən keçirilib
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.