Sağlam başlanğıc
Hamilə qalmaq üçün pəhrizin rolu
Qidalandırıcı maddələrlə zəngin pəhrizə əməl etməkdən tutmuş əsas qidalandırıcıları dərman əlavələri vasitəsilə almağa qədər hər nə qəbul etsəniz, hamilə qalmaq potensialının yüksəlməsində əhəmiyyətli rol oynayacaq. Balanslaşdırılmış pəhrizin həm sizin, həm də həyat yoldaşınız üçün faydalarını, hamilə qalmaq şanslarının artırılması üçün hansı qidaları pəhrizinizə daxil etməli olduğunuzu kəşf edin.
Hamiləliyə gedən yolda qidalanma
Hamilə qalmamışdan əvvəl həm sizin, həm də həyat yoldaşınızın sağlam qidalanmanı davam etdirməyi vacibdir. Yaxşı qidalanmaq, alkoqollu içkilərdən uzaq durmaq və boyunuza uyğun çəkidə olmağınız hamilə qalmaq ehtimalınızı artıracaq və hamiləlik dövründə körpənizin düzgün inkişafı üçün şərait yaradacaq.1
Ananın nə yediyi əhəmiyyətlidir
Hamilə qalmağa çalışarkən qidalanmağınıza diqqət etməyiniz vacibdir. Hamiləliyə qədər qidalandırıcı ehtiyatınız aşağıdırsa, hamiləlik dövründə körpənizin böyüməsi və inkişafını dəstəkləmək üçün az ehtiyanınız olacaq, vitamin və mineral çatışmazlığı isə sağlamlığınıza və səhhətinizə təsir göstərə bilər.3
Formaya düşmək
Çəkiniz də nə yediyiniz qədər əhəmiyyətli ola bilər. Hamilə qalmamışdan əvvəl sağlam çəkini saxlamaq körpənizin gələcək sağlamlığı və inkişafını qorumağa kömək edə bilər. Bədən kütlə indeksini 20-25 arasında saxlamaq körpənin doğuş çəkisinin az olması, yüksək qan təzyiqi və diabet kimi hamiləlik ağırlaşmaları riskini azaltmağa kömək edə bilər.3
Hamiləlik üçün sağlam çəkidə olub olmadığınızı bilmək üçün bədən kütlə indeksinizi hesablayın.
Lazımi çəkidən az olmaq
Çəkiniz də bu mərhələdə vacib rol oynayır. Əgər çəkiniz azdırsa (bədən kütlə indeksi 20-dən aşağıdırsa), hamilə qalmaq ehtimalınız da daha azdır.
Bununla belə, araşdırmalar çəkisi ortalama və ya ideal çəkidən az olan qadınların da hamilə qala biləcəyini göstərir,3 buna görə də əgər siz bu kateqoriyadansınızsa, narahat olmayın. Yemək zamanı porsiya həcmini artırmaqla və gün ərzində qidalandırıcı çərəzlər yeməklə kalori almağınızı düzgün şəkildə artırmaq çəki yığmağın faydalı üsuludur.
Lazımi çəkidən çox olmaq
Əgər bədən kütlə indeksiniz 25-dən yuxarıdırsa, bu, ovulyasiya dövrünüzə və sonsuzluq müalicəsinə təsir edə bilər. Bəzi qadınlar hamilə qalmamışdan əvvəl çəkilərini azaltmağı seçirlər, çünki hamiləlik dövründə pəhriz saxlamaq tövsiyə olunmur.
Bir çox artıq çəkili ana təbii şəkildə hamilə qaldığı halda, ovulyasiya baş verməyən qadınlarla bağlı araşdırma onu göstərir ki, adi çəki azaltma və fiziki aktivlik proqramı təbii ovulyasiya, mayalanma və uğurlu hamiləlik ilə nəticələnə bilər.6 Hamiləlik dövründə artıq çəki qeysəriyyə əməliyyatı ehtimalının artması və doğuşdan sonra ana südünün azalması kimi müəyyən ağırlaşmalar riskini artıra bilər.17
Atanın da nə yediyi əhəmiyyətlidir
Bu, hələ ki, tam olaraq tədqiq edilməsə də, bir sıra faktorların, o cümlədən qidalanmanın kişi fertilliyinə (mayalandırma qabilliyyəti) təsir etdiyi düşünülür.7 Valideynlərin artıq çəkili olması ilə onların uşaqlarında köklük riskinin artması arasında əlaqə olması səbəbindən ataların da öz çəkilərini nəzarətdə saxlaması faydalı olar.18
Sink (ət, molyusk və südün tərkibində), selen (Braziliya fındığı, balıq və ətin tərkibində) və C vitamini (portağal, kartof, qırmızı və yaşıl bibərin tərkibində) spermanın yaranması üçün əhəmiyyətli ola bilər.8
Hamilə qalmağa çalışarkən “nə yeməli?” siyahısı
Düzgün qidaları düzgün miqdarda yediyinizdən əmin olmağınız balanslaşdırılmış pəhrizi əldə etməyinizə kömək edə və hamilə qalmaq ehtimalınızı artıra bilər. Bu, hər gün aşağıdakı qida qrupları ilə qidalanmağınız mənasına gəlir:
- Çörək, düyü, kartof və digər nişastalı qidalar. Yeməklərinizin bunlara əsaslanmasına çalışın və tərkibindəki liflərə görə tam buğda qidaları seçin. Siz həmçinin kalsium, dəmir və B vitamini də qəbul edəcəksiniz.9
- Meyvə və tərəvəzlər. Təzə, donmuş və ya konservləşdirilmiş (duz əlavə etməkdən çəkinin). Gündəlik olaraq beş porsiya (hər porsiya 80 q) tövsiyə olunur. Müxtəlif növdə olması qidalandırıcıların geniş çeşidini təmin edir.10
- Süd və süd məhsulları. İki-üç porsiya süd, qatıq və ya pendir əla kalsium mənbəyidir. Az yağlı olanlarını seçin və pasterizə edilməmiş süd və pendirdən uzaq durun.11
- Ət, balıq, yumurta və qabıqlı çərəzlər. Həftədə iki porsiya (biri yağlı balıq olmaqla) yeməli olduğunuz balıq növləri istisna olmaqla, gündə iki porsiya yeməyə çalışın. Balıq yemək sizin sağlamlığınız və körpənizin inkişafı üçün faydalıdır. Bununla belə, tərkibindəki yüksək civə miqdarına görə hamiləlik dövründə uzaq durulmalı balıq növləri də var.12
- Mayelər. Susuz qalmağın qarşısını almaq üçün gündə 1.5-2 litr (səkkiz-on stəkan) su, süd, şorba və ya meyvə şirəsi için. İdmandan sonra və isti havalarda daha çox ehtiyac olacaq. Hamiləlik dövründə risk və ağırlaşmalardan qaçmaq üçün gündəlik 200 mq-dan artıq kofein qəbul edilməsi tövsiyə olunmur.14
- Yağ və şəkər. Yağlı balıqlar, qabıqlı çərəzlər və toxumlar, avokado və zeytun yağı kimi doymamış yağlar xolestrol səviyyəsini azaltmağa və əsas yağ turşularının təmin olunmasına kömək edə bilər. Doymuş yağ qəbulunu minimumda saxlamaq lazımdır: gündəlik olaraq qadınlar üçün 20 q, kişilər üçün isə 30 q.15 Şəkər isə sizin gündəlik pəhrizinizin 10%-dən çox olmalı deyil; qadınlar üçün gündə təxminən 50 qram və ya 10 çay qaşığı.16
Bu qidalara əlavə olaraq fol turşusu və D vitamini əlavələri hamilə qalmaq üçün pəhrizinizin vacib hissələridir. Hamiləlik üçün dərman əlavələri barədə daha ətraflı öyrənin.
Növbəti addımlar
Hamilə qalmaq üçün qidalanmanızı gücləndirmək yolları:
- Hamiləlikdən əvvəl ən azı üç ay müddətində və hamiləliyin birinci rübündə gündəlik olaraq 400 mkq fol turşusu əlavəsi qəbul edin
- Hamiləlik dövründə gündə 10 mkq D vitamini əlavəsi qəbul etmək tövsiyə olunur, odur ki, hamilə qalmağa çalışırsınızsa, indidən başlamaq yaxşı fikirdir
- Ağ çörək və makaronu kəpəkli qida çeşidləri ilə əvəz edin
- Həftədə iki porsiya yağlı balıq (qızılbalıq, skumbriya, alabalıq və ya siyənək) yeyin
- Gündə beş porsiya meyvə və tərəvəz yeyin. Bir porsiya = bir alma, ya iki naringi, ya bir yemək qaşığı kişmiş, ya üç yemək qaşığı bişmiş kök
- Gündə 1,5-2 litr maye (su arzuolunandır) qəbul edin
- NHS UK. Protect your fertility [Online]. Available at: www.nhs.uk/Livewell/Fertility/Pages/Protectyourfertility.aspx[Accessed May 2014]
- Gluckman PD et al. The developmental origins of adult disease. Matern Child Nutr 2005;1:130–141.
- NHS UK. Have a healthy diet in pregnancy [Online]. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/healthy-pregnancy-diet.aspx [Accessed May 2014]
- Zaadstra et al. Fat and female fecundity:prospective study of the effect of body fat distribution on conception rates. Br Med J 1993;306:484-487.
- The Centre for Pregnancy Nutrition, University of Sheffield, 2005.
- Clark et al. Weight loss in infertile women results in improvement in reproductive outcome for all forms of infertility treatment. Hum Reprod 1998;13:1502-1505.
- Wong et al. New evidence of the influence of exogenous factors on sperm count in man. Eur J Obstet Gynecol Reprod Biol 2003;110:49-54.
- Tas et al. Occupational hazards for the male reproductive system. Crit Rev Toxicol 1996;26:261-307.
- NHS UK. Starchy foods [Online]. Available at: www.nhs.uk/Livewell/Goodfood/Pages/starchy-foods.aspx[Accessed May 2014]
- NHS UK. 5 a day [Online]. Available at: www.nhs.uk/LiveWell/5ADAY/Pages/5ADAYhome.aspx [Accessed May 2014]
- NHS UK. Milk and dairy foods [Online]. Available at: www.nhs.uk/Livewell/Goodfood/Pages/milk-dairy-foods.aspx[Accessed May 2014]
- NHS UK. Fish and shellfish [Online]. Available at: www.nhs.uk/Livewell/Goodfood/Pages/fish-shellfish.aspx[Accessed May 2014]
- Patient UK. Diet and lifestyle during Pregnancy [Online]. Available at: http://patient.info/health/diet-and-lifestyle-during-pregnancy [Accessed May 2014]
- NHS UK. Water and drinks [Online]. Available at: www.nhs.uk/livewell/goodfood/pages/water-drinks.aspx [Accessed May 2014]
- NHS UK. Eat less saturated fat [Online]. Available at: www.nhs.uk/livewell/goodfood/pages/Eat-less-saturated-fat.aspx[Accessed May 2014]
- NHS UK. How much sugar is good for me? [Online]. Available at: www.nhs.uk/chq/pages/1139.aspx [Accessed May 2014]
- Abdelmaboud et al (2012) Increase in moderate and extreme obesity in pregnancy. IMJ Vol 105; 5
- Kelly et al (2011) A comparison of maternal and paternal BMI in early pregnancy Aust NZ Journal Obs Gyn Apr 51(2):147-150
Son baxış: 4 iyul 2016
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.