Qidalanma və həyat tərzi seçimləri hamilə qalma ehtimalınıza və hamilə qaldıqdan sonra körpənizin inkişafına təsir edə bilər.Əlvida, bri pendiri
Nəyi məhdudlaşdırmaq və nədən tamamilə uzaq durmaq lazımdır
Qidalanma və həyat tərzi seçimləri hamilə qalma ehtimalınıza və hamilə qaldıqdan sonra körpənizin inkişafına təsir edə bilər. Əslində, bu çətin mərhələdəki qidalanma inkişaf etməkdə olan körpənizə və onun uzunmüddətli sağlamlığına da təsir göstərə bilər.1
Bu səbəblərdən də siz və həyat yoldaşınız hamilə qalmaq pəhrizinə xüsusi diqqət yetirə və hamilə qalmağa çalışarkən uzaq durulması tövsiyə edilən qidaların alternativlərini tapa bilərsiniz.
Hamilə qalma pəhriziniz – menyuda nə var, nə yox?
Hamilə qalmağa çalışarkən uzaq durulmalı qidalar hamilə olduğunuz zaman uzaq durmalı və ya məhdudlaşdırmalı olduğunuzlarla eynidir.1 Beləliklə, indi alternativlər tapmaq sizə yaxşı kömək olacaq.
Hamilə qalmaq pəhrizi ilə hamiləlik pəhrizi arasındakı əsas fərq həyat yoldaşınızın da qidalanma səviyyəsinin bu mərhələdə əhəmiyyətli olmasıdır. Beləliklə, ola bilər ki, ikiniz də yemək vərdişlərinizdə düzəlişlər edəsiniz.
Hamilə qalmağa çalışarkən uzaq durulmalı qidalar və içkilər
Hamilə qalmağa çalışarkən sağlam, hamiləlik üçün təhlükəsiz pəhriz tövsiyə olunur. Alkoqol, listeriya ehtiva edə bilən qidalar və tərkibində civə kimi çirkləndiricilər ola bilən digər şeylər bundan sonra ən çox uzaq durulmalı qidalardır. Bunun səbəbi, hamilə qalmağınıza və inkişaf etməkdə olan körpənizə təsir göstərə biləcəyidir.
Alkoqol
İlk hamiləliyini planlaşdıran cütlüklər arasında aparılan araşdırmada qadının alkoqol qəbulu ilə hamilə qalma şansının aşağı düşməsi arasında əlaqə tapılmışdır. Bu, həftədə beş dəfə və ya daha az içki qəbul edənlərə də aiddir.2
Bu səbəbdən də mütəxəssislər hamilə qalmağa çalışarkən alkoqoldan tamamilə imtina etməyi məsləhət görür. Buna baxmayaraq, içməyi seçsəniz, alkoqol qəbulunuzu həftədə bir və ya iki dəfə, bir və ya iki vahidlə məhdudlaşdırmalısınız.3
Tərkibində listeriya ola biləcək qidalar
Bəzi qidalar listerioza səbəb ola biləcək listeriya bakteriyalarını daşıyır. Bu, düşük riskinin artması ilə əlaqələndirilir, buna görə aşağıdakı qidalardan uzaq durmağınız tövsiyə olunur:
- Bri, kamembert kimi yumşaq, yetişmiş pendirlər və bəzi keçi pendirləri
- Danimarka Blue və Stilton kimi mavi damarlı pendirlər
- Pasterizə olunmamış bütün süd məhsulları
- Tərəvəz növləri də daxil olmaqla bütün növ paştetlər
Tərkibində çirkləndirici maddələr olan qidalar
Bəzi balıq növlərinin tərkibində gələcək körpənizin inkişaf edən sinir sisteminə zərər verə biləcək yüksək miqdarda civə ola bilər.5 Bu səbəbdən siz:
- Köpəkbalığı, marlin və qılıncbalığından uzaq durun
- Tunes balığını həftədə dörd orta ölçülü konserv bankası və ya iki təzə tunes qızartması ilə məhdudlaşdırın
- Yağlı balıqları (skumbriya, sardina, qızılbalıq, alabalıq və təzə [konservləşdirilməmiş] tunes balığı), çapaq balığı, xanı balığı, qalxan balığı, paltus, qaya qızılbalığı və qəhvəyi xərçəng ətini həftədə iki dəfəyə qədər məhdudlaşdırın
A vitamini mənbələri
A vitamini (və ya heyvan mənşəli A vitamini olan retinol) olan qida əlavələri və qara ciyər, qara ciyər paşteti, qara ciyər sosisləri və haqqis (qoyun içalatından hazırlanan şotland yeməyi) kimi qidalardan uzaq durmağınız tövsiyə olunur.6
Kofein: nə qədəri təhlükəsizdir?
Qəhvə və ya enerji içkisi canlandıra bilər, amma kofein istehlakı düşük və dünyaya az çəkili körpə gətirmə riskini artırması ilə əlaqələndirilir. Risk az olsa da, kofein qəbulunu gündə 200 mq ilə məhdudlaşdırmağınız tövsiyə olunur.5
Kofein tərkibi üçün nümunə (bir porsiya üçün təqribi mq):
- Bir fincan hazır qəhvə = 100 mq
- Bir fincan filtr qəhvə = 140 mq
- Bir fincan çay = 75 mq
- Bir banka kola və ya yarım banka enerji içkisi = 40 mq
- 50 q tünd şokolad = 50 mq
- 50 q südlü şokolad = 25 mq
Dekaf çayına və qəhvəyə keçmək kofein qəbulunu azalda bilər. Ancaq xəbəriniz olsun ki, onlarda da az miqdarda kofein var.
Gələcək atalara diqqət
Hamilə qalmağa çalışarkən gələcək atalar üçün ümumi məsləhət çeşidli pəhrizlə qidalanmaq və sağlam bədən çəkisini qorumaqdır.
Bundan əlavə, onlara alkoqolun həftədə üç gün və ya daha çox müddət ərzində, bərabər paylanmış şəkildə on dörd vahiddən çox olmayaraq qəbul edilməsi tövsiyə olunur. Çünki alkoqolun həddən artıq – gündə üç-dörd vahiddən çox (və ya 1,5-2 pint pivə və ya yüngül pivə) – qəbulu sperma keyfiyyətini azalda bilər.8
NÖVBƏTİ ADDIMLAR
Hamilə qalma şansınızı artırmağa kömək edən yollar:
- Çeşidli pəhrizi və sağlam çəkini qoruyub saxlamaq
- Pəhrizinizdə (hər ikiniz üçün) alkoqolu məhdudlaşdırmaq və ya ondan imtina etmək
- Kofein qəbulunu azaltmaq
- Preconception and Pregnancy [Online]. Available at: www.bathnes.gov.uk/sites/default/files/banes_maternal_and_child_nutrition_guidelines_digital_june_2013_section_2.pdf [Accessed May 2014]
- Jensen et al. Does moderate alcohol consumption affect fertility? Follow up study among couples planning first pregnancy. BMJ 1998;317:505-510.
- NHS UK. Healthy eating [Online]. Available at: www.nhs.uk/Livewell/healthy-eating/Pages/Healthyeating.aspx[Accessed May 2014]
- Food safety.gov. Listeria [Online]. Available at: www.foodsafety.gov/poisoning/causes/bacteriaviruses/listeria[Accessed May 2014]
- Patient UK. [Online]. Available at: http://patient.info/ [Accessed May 2014]
- NHS UK. Foods to avoid in pregnancy [Online]. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/foods-to-avoid-pregnant.aspx [Accessed May 2014]
- NHS UK. How can I improve my chances of becoming a dad? [Online]. Available at: www.nhs.uk/chq/Pages/1909.aspx [Accessed May 2014]
- Langley-Evans SC (2006) Developmental programming of Health and Disease. Proc Nut Soc 65; 97-105.reference text
Son baxış: 4 iyul 2016
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.