Hamiləlikdə və hamiləlikdən əvvəl fol turşusu. Kömək lazımdır? – NutriciaClub

Sizin hamiləlik super qəhramanınız

Fol turşusu barədə faktlar

Fol turşusu sinir borusu qüsurları riskinin azaldılması və qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir. Bu hamiləlik super qəhrəmanı barədə daha çox məlumatı kəşf edin və hamilə qalmamışdan əvvəl niyə qəbul etməli olduğunuzu öyrənin.

Fol turşusu hamilə qalmağa kömək edir?

Anaların çoxu fol turşusunun hamilə qalmağa kömək edib-etmədiyi barədə suallar verirlər. Fol turşusu sizə mayalanma üçün kömək etməsə belə, hamiləliyin çox erkən mərhələlərində sağlam sinir borusu inkişafını dəstəkləmək üçün çox vacib olduğu hamı tərəfindən qəbul edilir. Buna görə də, fol turşusu hər bir qadının hamilə qalması və hamiləlik dövrü üçün həyati əhəmiyyətli dərman əlavəsi hesab olunur.4

Fol turşusu ilk günlərdə niyə əhəmiyyətlidir?

Həyatının ilk ayında embrionun sinir borusu və ya onurğa və sinir sistemi artıq inkişafa başlayır.1 Bu, hətta hamilə qaldığınızı hələ aşkar etməmişdən əvvəl onu sinir borusu qüsurlarına qarşı qorumalı olduğunuz mənasına gəlir.

Hamiləliyə qədər və hamiləlik dövründə fol turşusunun qəbulu sinir borusu qüsurları üzrə təxminən 10 haldan 7-nin qarşısını ala bilər.

Araşdırmalar göstərir ki, bu mərhələdə fol turşusunun qəbulu beyindəki sinir borusunun inkişafını gücləndirə bilər. O, həmçinin spina bifida (onurğa yırtığı kimi də bilinir) kimi sinir borusu qüsurları riskinin azalmasına kömək edir.1

Spina bifida nədir?

Spina bifida onurğa və onurğa beyni düzgün qaydada inkişaf etmədikdə meydana gələrək onurğada yırtıq əmələ gətirir. Onurğa beyni bütün bədəni beyin ilə birləşdirdiyi üçün bu hal bir sıra simptomlara səbəb ola bilər.1

Sinir borusu ilə bağlı problemlər beynin inkişafına da təsir edə bilər.

Spina bifidanın yaranma səbəbləri dəqiq olaraq müəyyən edilməmişdir, amma hamilə qalmamışdan əvvəl fol turşusunun az miqdarda qəbulu, irsən keçmə, bəzi dərman vasitələri, şəkər xəstəliyi və piylənmə buna təkan verdiyi bilinir.2

Mümkün effektləri hansılardır?

Spina bifidanın simptomlarına aiddir:

Koqnitiv problemlər – diqqəti bir yerə cəmləyə bilməmək, problem həll etmək çətinliyi, ayaqqabı bağlarını bağlamaq kimi əl-göz koordinasiyası ilə bağlı çətinliklər.

Hərəkətlilik problemləri – beynin zədələnməsi hərəkətlilik ilə bağlı bəzi problemlərə səbəb ola bilər, spina bifidadan əziyyət çəkənlərin çoxu hərəkət etmək üçün alətlərin köməyinə və hətta əlil arabasına ehtiyac duyur.

Sidik kisəsi və bağırsaq problemləri – onurğa beyni vasitəsi ilə beyindən sidik kisəsinə gedən sinirlər zədələndiyi halda sidik və nəcisi saxlaya bilməməyə səbəb ola bilər.

Düzgün vaxtda düzgün miqdarda fol turşusu qəbulu

Sinir borusu qüsurları riskini azaltmağa kömək etmək üçün gündə 400 mkq (0,4 mq) fol turşusu qəbul etməyiniz tövsiyə olunur. Kontrasepsiya vasitələrindən istifadəni dayandırdığınız vaxtdan başlayaraq hamiləliyin 12-ci həftəsinə qədər qəbul etməyiniz ideal hesab oluna bilər. Hamilə qaldığınızı bildiyiniz vaxtdan başlayaraq qəbul etməyiniz də körpənizin inkişafına müsbət təsir göstərəcək.

Hamiləlikdən əvvəl və hamiləliyin birinci rübündə gündə 400 mkq (0,4 mq) fol turşusu tövsiyə olunur.

Bununla belə, son dövrlərdə aparılan bir araşdırmaya görə, bundan daha uzun müddətə fol turşusu qəbul etməyi də nəzərdən keçirə bilərsiniz. Fol turşusunun vaxtından əvvəl baş verən doğuşlara təsiri üzərində aparılan araşdırma hamiləlikdən əvvəl bir il müddətində fol turşusu qəbul edilməsinin vaxtından əvvəl doğuşları əhəmiyyətli dərəcədə azaltdığını aşkar etmişdir.3

Əlavə dəstəyə ehtiyac duyan analar

Bəzi hallarda həkiminiz sizə gündə 5 mq fol turşusu qəbulunu tövsiyə edə bilər.4 Buna adətən aşağıdakılar səbəb olur:

  • Daha əvvəllər təsirləndiyiniz hamiləliyiniz olubsa
  • Sizdə və ya ailənizdə kimdəsə onurğa beyni qüsurları varsa
  • Epilepsiyaya görə dərman qəbul edirsinizsə
  • Bədən kütlə indeksiniz 30-dan yuxarıdırsa
  • Sizdə seliakiya, şəkər, oraq hüceyrəli anemiya və ya talassemiya varsa3

  1. NHS UK. Spina bifida [Online]. Available at: www.nhs.uk/conditions/Spina-bifida/Pages/Introduction.aspx[Accessed May 2014]
  2. NHS UK. Causes of spina bifida [Online]. Available at: www.nhs.uk/Conditions/Spina-bifida/Pages/Causes.aspx [Accessed May 2014]
  3. Patient UK. Diet and lifestyle during pregnancy [Online]. Available at: http://patient.info/health/diet-and-lifestyle-during-pregnancy [Accessed May 2014]
  4. NHS UK. Vitamin and nutrition in pregnancy [Online]. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/vitamins-minerals-supplements-pregnant.aspx [Accessed July 2014]

Son baxış: 4 iyul 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar mövzular:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x