Hamiləlikdə siqaret və alkoqol

Xeyir üçün imtina etmək

Körpənizin həyatı üçün ən sağlam başlanğıcı verin

Məlumdur ki, hamiləlik dövründə siqaret çəkmək və alkoqollu içkilərdən istifadə körpənizin sağlamlığına təsir edə bilər. Amma fədakarlıq etməli olan təkcə gələcək ana deyil, hamilə qadının həyat yoldaşının onun yanında siqaret çəkməsi də zərərli ola bilər. Siqaretdən imtina etmək və alkoqolu azaltmaq asan deyil, amma körpəniz gələndə özünüzü daha sağlam və gümrah hiss etməyinizə səbəb olacaq. Bizim Dəstək Xətti ehtiyacınız olduğu halda 24/7 kömək etməyə hazırdır.

Siqaretdən niyə imtina etməli?1

Siqaret çəkməyin hələ doğulmamış körpənin sağlamlığına zərərli təsirləri məlumdur, odur ki, həm sizin, həm də həyat yoldaşınızın imtina etməsi əla fikirdir.

Hamilə qadın həyat yoldaşı siqaret çəkərkən onun tüstüsünə məruz qalırsa, o halda körpə aşağıdakılar da daxil olmaqla bir sıra zərərli kimyəvi maddələri almış olur:

  • Nikotin – qan damarlarını daraltması ilə tanınır, uşaqlıq boşluğuna və ciftə qan axışına təsir edir, körpənin qan təzyiqi və ürək ritmini yüksəldir
  • Karbon monoksid – qandakı hemoqlabinə bağlanmaqla qan hüceyrələrinin daha az oksigen daşımasına səbəb olur, bu isə aşağı doğuş çəkisi ilə nəticələnir
  • Qətran – Ağ çiyərləri qıcıqlandıran xərçəngə səbəb ola biləcək maddə

Heç şübhəsiz ki, körpəniz dünyaya gələndə udduğu hər tüstü onun sağlamlığına öz neqativ təsirini buraxacaq. Buna görə də siqaretdən elə indi imtina etməklə körpəniz həyata daha sağlam başlamış olacaq və siz də ola bilər ki, bu vərdişi tamamilə tərgidəsiniz.

Alkoqoldan niyə imtina etməli?

Ola bilər ki, qadınlar hamiləliyin ilk vaxtlarında, hələ hamilə olduğunu bilməyəndə alkoqol qəbul etsin. Amma hamilə olduğunu bildikdən sonra tamamilə imtina etməyiniz tövsiyə olunur.

"Mütəxəssislər tövsiyə edir ki, əgər siz hamiləsinizsə və ya hamilə olmağa hazırlaşırsınızsa, alkoqoldan tamamilə uzaq qaçmalısınız."
Yox, əgər içmək qərarına gəlmisinizsə, körpəniz üçün riskləri minimuma endirmək üçün həftədə bir və ya iki dəfədən artıq olmayaraq bir və ya iki alkoqol vahidindən (ekvivalent olaraq bir və ya iki balaca qədəh şərab) artıq içməməlisiniz.²

Gələcək atanın alkoqol qəbul etməsinin körpə üçün birbaşa təsiri olmasa da, onun alkoqoldan imtina etməsi və ya azaltması ilə hamilə həyat yoldaşına dəyərli mənəvi dəstək təmin edə bilər.

Tamamilə imtina etmək əvəzinə qəbul edilən miqdarı azaldırsınızsa, tövsiyə edilən gündəlik alkoqol miqdarına diqqət etməyiniz məsləhət görülür. Bu, kişilər üçün 3-4 alkoqol vahidi, qadınlar üçün isə 2-3 alkoqol vahididir.

İçkilərVahid
Standart şərab qədəhi (175 ml, 12% ABV)2.1
Bir pint lager, pivə və ya sidr (0,56 l, 5.2% ABV)3
Vahid spirt ölçüsü (25 ml, 40% ABV)1
Alkopop (275 ml, 5.5 ABV)1.5

NÖVBƏTİ ADDIMLAR

Siqaret və alkoqoldan imtina etməklə bağlı bəzi tövsiyələr:4

  • Siqareti atmaq üçün gün təyin edin və ona əməl edin. Sabit məqsədin olması kömək edir
  • İdman hərəkətləri istəyi azaltmağa kömək edə bilər
  • Saqqız çeynəyin. Əlləriniz və ağzınızın məşğul olması siqaret çəkmək vərdişinə mane olacaq
  • Siqareti atmaq və ya çəkməyi azaltmaq üçün səbəbləri yazın, çəkmək istəyəndə onları gözdən keçirin
  • Nikbin olun; bu, həmişə fərq yaradır

  1. NHS Choices. Stop smoking in pregnancy [Online]. 2015. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/smoking-pregnant.aspx [Accessed August 2015]
  2. NHS Choices. Alcohol in Pregnancy [Online]. 2015. Available at: http://www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/alcohol-medicines-drugs-pregnant.aspx [Accessed September 2015]
  3. NHS Choices. Alcohol Units [Online]. 2015. Available at: www.nhs.uk/Livewell/alcohol/Pages/alcohol-units.aspx [Accessed August 2015]
  4. NHS Choices. 10 Self-Help Tips to Stop Smoking [Online]. 2014. Available at: www.nhs.uk/Livewell/smoking/Pages/Motivateyourself.aspx[Accessed August 2015]

Son baxış: 19 noyabr 2015

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x