@DrDawnHarper
Xülasə
Araşdırmalar hamiləlikdə idman hərəkətləri etməyin həm sizin, həm də körpəniz üçün faydalı olduğunu göstərir, amma nəyin təhlükəsiz, nəyin təhlükəli olduğu barədə məlumatlar bir qədər qarışıq və vaxtı ötmüş ola bilər.
Hamiləlikdə idman etmək təhlükəsizdir?
Keçmişdə gələcək anaları ayaqlarını yuxarı qaldırıb dincəlməyə təşviq edirdilər. Çox vaxt sağlam qadınların ruh düşgünlüyünün səbəbi hamiləliyin çoxlu miqdarda istirahət tələb edən xəstəlik kimi nəzərdən keçirilməsi olur. Həkimlər və mütəxəssislər hamiləlik dövründə orta dərəcədə idman hərəkətlərinin təhlükəsiz və faydalı olması mövzusunda həmfikirdirlər. Hamiləlikdən əvvəl aktiv olmağınız və ya uzun müddətdir idman etməməyinizdən, yaxud hamiləlik idmanı rutininə yeni başlamağınızdan asılı olmayaraq, idman hər ikiniz üçün edə biləcəyiniz ən yaxşı şeylərdən biridir.
Başlamamışdan əvvəl, zəhmət olmasa, həkiminiz və ginekoloqunuza hansı aktivliklə məşğul olmağınız barədə məlumat verin. Eyni zamanda hamiləlikdə uzaq durulmalı idman hərəkətləri barədə daha ətraflı oxuya bilərsiniz.
Dr. Dawn Harper
Nələr idman hərəkətləri hesab olunur?
Fiziki hazırlığı saxlayan və inkişaf etdirən istənilən aktivlik idman hərəkətləri hesab edilə bilər və hamiləlik dövründə edilməsi faydalı ola bilər. Hər qadın və hər hamilə fərqlidir, buna görə də faydalı olması üçün başqaları ilə müqayisə apararaq idman etməyiniz faydalı olmaya bilər; bacardığınız qədər etməyiniz kifayətdir.
Hamiləlikdə hansı idman hərəkətlərini edə bilərəm?
Hamiləlik yoqası kimi sırf hamilə qadınlar üçün nəzərdə tutulmuş bir sıra aktivliklər mövcuddur. Amma qaçmağı, üzməyi və ya idman zalına getməyi xoşlayırsınızsa, həmişəki rutininizə bəzi dəyişikliklər olmaqla davam etməlisiniz. Yadda saxlayın ki, bəzi günlər özünüzü digər günlərə nisbətən daha enerjili hiss edə bilərsiniz, buna görə də hər şeyi öz tempində edin.
- Qaçmaq və ya cəld yeriş hər zaman, hər yerdə sərbəstdir və edə bilərsiniz. Hətta asta yeriş və ya itinizlə birlikdə gəzinti də ürək ritminizi faydalı ola biləcək dərəcədə yüksəldə bilər.
- Hamiləlikdə üzmək zehni rahatlaşdırır və bədən üzərində az təsirə malikdir. Arxası üstə üzmək də daxil olmaqla (amma sizdə simfiz pubis disfunksiyası (SPD) varsa, bundan çəkinə bilərsiniz) əksər üzmək üsulları təhlükəsizdir.2
- Əgər sizin həmişəki idman rutininizin bir hissəsidirsə, güc məşqlərini ağır deyil, orta çəkilərlə davam etdirməyiniz təhlükəsizdir. Sadəcə bəzi dəyişikliklər edilə bilər.
- Yoqa və hamiləlik yoqası rahatlanmağınız, körpənizlə bağlılıq yaratmağınız və gücü qorumağınıza kömək üçün idealdır.
Bir qızıl qayda
Fitnes səviyyələrindən və ya hamiləlik mərhələlərindən asılı olmayaraq, hər zaman bədəninizin səsinə qulaq asın. Yorulmusunuzsa, ürəyiniz tez-tez döyünürsə, başınız fırlanırsa, dayanın və istirahət edin. Bəzi aktivliklərin, hətta kiçik sayılsa belə, edilməməsi daha yaxşıdır. Hər ana və hər hamiləlik fərqlidir. Çox az sayda ana hamiləlikdən əvvəlki aktivlik səviyyəsini hamilə olduqdan sonra da saxlaya bilir.
NÖVBƏTİ ADDIMLAR
- Hamiləlik dövründə etmək istədiyiniz idman hərəkətləri barədə həkiminizə və ya ginekoloqunuza məlumat verin.
- Fitnes məşqçilərinizi də məlumatlandırın. Onlar individual məşqlər təyin edə bilər və ya tibbi yardıma ehtiyacı olduqda bu barədə məlumatlı olacaqlar.
- Həm sizin, həm də körpəniz üçün idman hərəkətlərinin faydaları barədə oxuyun.
- Juhl et al. Is swimming during pregnancy a safe exercise? Epidemiology 2010;21(2):253-8.
- Tommy’s. Symphysis Pubis Dysfunction (SPD) or Pelvic Girdle Pain (PGP) [Online]. Available at: https://www.tommys.org/pregnancy-information/pregnancy-complications/symphysis-pubis-dysfunction-spd-or-pelvic-girdle-pain [Accessed: December 2016].
Son baxış: 9 dekabr 2016
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.