20-ci həftə ultrasəs müayinəsi: Körpənin cinsini öyrənmək müayinəsi

Xülasə

Siz körpənizin cinsini öyrənməyə həvəsli olsanız da, ultrasəs müayinə mütəxəssisinin əsas məqsədi başqa olacaq. 20-ci həftə ultrasəs müayinəsinin məqsədi, hansı məqamları və anomaliyaları araşdırdığı barədə öyrənin.

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

Anomaliyaların müayinəsi, yoxsa cinsi öyrənmək

Təxminən hamiləliyin 20-ci həftəsində sizə ultrasəs müayinədən (anomaly scan) keçmək təyin olunacaq. Bu, bəzən körpənin cinsini müəyyən etmək müayinəsi də adlanır. 

Bu müayinə hamiləliyin 18-21-ci həftələri arasında istənilən zaman edilə bilər və əsas məqsədi körpənizin inkişafı ilə bağlı hər hansı bir narahatlığın (anomaliyanın) olub-olmadığını öyrənmək üçün onu müfəssəl müayinə etməkdir.

20 week ultrasound Körpəniz nəzərə çarpacaq dərəcədə böyüdüyü üçün əlləri, ayaq barmaqları, həmçinin üzünün forması kimi ayırd edilə bilən xüsusiyyətlərini daha aydın görə biləcəksiniz.

20-ci həftə müayinəsinin əsas məqsədi hər hansı bir anomaliyanın olub-olmadığını öyrənmək olsa da, ultrasəs müayinə mütəxəssisinin körpənizin cinsini də müəyyənləşdirmək imkanı olacaq. Əgər körpənizin cinsini bilmək istəyirsinizsə, bir qədər səbirli olun və müayinə mütəxəssisinə körpənizin inkişafını düzgün şəkildə dəyərləndirməsinə imkan verin, çünki onun əsas məqsədi məhz budur. Əgər körpənizin cinsini öyrənmək fikriniz yoxdursa, müayinə başlamadan əvvəl bu barədə müayinə mütəxəssisinə məlumat verin.

20-ci həftə ultrasəs müayinə proseduru 12-ci həftədəki ilə demək olar ki, eynidir. Körpəniz həmin vaxtdan bu yana əsaslı şəkildə böyüdüyü üçün əlləri, ayaq barmaqları, həmçinin üzünün forması kimi ayırd edilə bilən xüsusiyyətlərini görə biləcəksiniz. Körpənizi bu cür aydın görə bilməyiniz sanki bir möcüzədir.

Daha yaxından baxaq

20-ci həftə ultrasəs müayinəsi zamanı müayinə mütəxəssisi hər hansı bir anomaliyanın olub-olmadığını bilmək üçün körpənizin sümükləri, orqanları, onurğası, üzü, bədəninin ümumi forması və vəziyyətinə diqqətlə baxacaq. Ümumiyyətlə onlar adətən hamiləlik dövründə və ya doğuşdan sonra müalicə edilə biləcək 11 nadir halın müşahidə olunub-olunmadığını axtaracaqlar.

Bu 11 hal aşağıdakılardan ibarətdir:

Bəzi çox ciddi, nadir, heç bir müalicəsi olmayan hallar hamiləlik dövründə və ya doğuşdan sonra körpəniz üçün ölüm riski yarada bilər. Əgər ultrasəs müayinə ehtimal edilən hər hansı bir problemi aşkarlayarsa, əlavə müayinələr və analizlər istəyə bilərsiniz.

Əgər ultrasəs müayinənin nəticələri ilə bağlı sualınız varsa, ginekoloqunuzla söhbətləşin.

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x