Hamiləlik idmanı: Faydalar, faktlar və statistika

Xülasə

Hamiləlik dövründə idman hərəkətlərinin faydaları yaxşı məlumdur. Çox sayda araşdırma həm gələcək ananın, həm də körpənin sağlamlığı baxımından müsbət təsirlərini üzə çıxarmışdır. Hətta son vaxtlarda hamilə qadınlar iki nəfər üçün aktiv həyata təşviq edilir. Hamiləlik idmanı ananın özünü yaxşı hiss eləməsindən daha çoxuna qadirdir, belə ki, o, körpənizin ürəyi və beyninin inkişafına da kömək edə bilər. Əgər motivasiya tapmaqda çətinlik çəkirsinizsə, hamiləlik idmanının faydaları barədə bu faktlar başlamağınıza kömək edə bilər.

Hamiləlikdə idman niyə lazımdır?

Ana üçün

Hamiləlik dövründə idmanın faydaları getdikcə daha aydın şəkildə üzə çıxır. Hamiləlik dövründə idman hərəkətləri gələcək ananın vəziyyətini bir çox yollarla yaxşılaşdıra bilər. Araşdırmalar göstərir ki, idmanın hamilələrə faydalarına daxildir:

  • Daha az bel ağrısı,1 hamiləlikdə qəbizlik8 və yorğunluq9
  • Hamiləlik diabeti yaranması ehtimalı 30% daha azdır2
  • Planlaşdırılmamış qeysəriyyə əməliyyatı ehtimalı daha aşağıdır
  • Daha az gözlənilməz hadisələr5 və depressiya şiddətinin azalması6
  • Hamiləlik dövründə daha az çəki artırmaq4
  • Sidik saxlaya bilməmək hallarının daha az olması7
  • Hamiləlik qəbizliyi hallarının azalması8
  • Daha az hamiləlik yorğunluğu9
  • Daha qısa çəkə biləcək doğuş1

Körpə üçün

Körpəniz üçün faydaları onun bütün həyatı boyu davam edə bilər. Hamiləlik dövründə anası idman hərəkətləri edən körpəyə idmanın faydaları:

  • Doğuşdan sonra daha aşağı tezliklə vuran daha sağlam ürək11
  • Artıq çəkidə doğulmaq əvəzinə, normal doğuş çəkisinə yaxın çəkidə doğulmaq12
  • Daha çox formalaşmış və nevroloji cəhətdən daha tez inkişaf edən beyinlə doğulmaq13
  • Doğuşda respirator distress sindromu riskinin azalması (ana yüksək risk qrupuna aiddirsə)14
  • Hamiləlik stresinin azalması immun sisteminin inkişafı üzərindəki təsiri azaldır15

Əgər siz iki nəfər üçün aktivliyə başlamağa motivasiya qazandınızsa, hamiləlik dövründə necə təhlükəsiz idman etmək və hansı idman hərəkətlərindən uzaq durmaq lazım olduğu barədə daha ətraflı oxuyun. Əmin olmaq üçün başlamamışdan əvvəl həkiminiz və ya ginekoloqunuzla söhbətləşin.

  1. Pennick V, Liddle SD. Interventions for preventing and treating pelvic and back pain in pregnancy. Cochrane Database Syst Rev 2013(CD0011):1-100.
  2. Sanabria‐Martínez G et al. Effectiveness of physical activity interventions on preventing gestational diabetes mellitus and excessive maternal weight gain: a meta‐analysis. BJOG 2015;122(9):1167-74.
  3. Price BB et al. Exercise in pregnancy: effect on fitness and obstetric outcomes-a randomized trial. Med Sci Sports Exerc 2012;44(12):2263-9.
  4. Domenjoz I et al. Effect of physical activity during pregnancy on mode of delivery. Am J Obstet Gynecol 2014;211(4):401.e1-e11.
  5. Gaston A, Prapavessis H. Tired, moody and pregnant? Exercise may be the answer. Psychol Health 2013;28(12):1353-69.
  6. Robledo-Colonia AF et al. Aerobic exercise training during pregnancy reduces depressive symptoms in nulliparous women: a randomised trial. J Physiother 2012;58(1):9-15.
  7. Perales M et al. Benefits of aerobic or resistance training during pregnancy on maternal health and perinatal outcomes: A systematic review. Early Hum Dev 2016;94:43-8..
  8. Shi W et al. Epidemiology and risk factors of functional constipation in pregnant women. PloS one 2015;10(7):e0133521
  9. Gaston A, Prapavessis H. Tired, moody and pregnant? Exercise may be the answer. Psychol Health 2013;28(12):1353-69.
  10. Barakata et al. Exercise during pregnancy is associated with a shorter duration of labor. A randomized clinical trial 2018, 224 33-40
  11. May LE et al. Aerobic exercise during pregnancy influences fetal cardiac autonomic control of heart rate and heart rate variability. Early Hum Dev 2010;86(4):213-7.
  12. Bisson M et al. Physical activity volumes during pregnancy: A systematic review and meta-analysis of observational studies assessing the association with infant’s birth weight. AJP Reports 2016;6(02):e170-e97.
  13. Labonte-Lemoyne E et al. Exercise during pregnancy enhances cerebral maturation in the newborn: A randomized controlled trial. J Clin Exp Neuropsychol 2016:1-8.
  14. Muktabhant B et al. Diet or exercise, or both, for preventing excessive weight gain in pregnancy. Cochrane Database Syst Rev 2015 Jun 15;(6):CD007145.
  15. Marques AH, Bjorke-Monsen AL, Teixeira AL, Silverman MN. Maternal stress, nutrition and physical activity: impact on immune function, CNS development and psychopathology. Brain Research. 2015;1617:28–46.

Son baxış: 8 avqust 2018

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x