Hamiləlikdə sink

Sink ilə sinxronizasiya

Sink haqqında bilməli olduğunuz hər şey

Körpənizin bədənində əmələ gələn toxuma və DNK-nın sürətli inkişafı hamiləlik dövründə sink ilə yaxşı təmin olunmaqdan asılıdır. Bu vacib mineralın sizin sağlamlığınızı necə dəstəklədiyi və kifayət qədər qəbul etmək üçün hansı qidaları yeməli olduğunuz barədə öyrənin.

Həyatın təməl daşı

Bir çox qidanın tərkibində mövcud olan sink hamiləlik dövründə körpənizin hüceyrələrinin və DNT-nin qurulmasında önəmli rol oynayır.

Sink körpəniz böyüdükcə normal inkişafını dəstəkləyən hüceyrələrin bölünməsi və toxumaların böyüməsi üçün lazımlıdır. Hamiləlik körpənizin bir adi hüceyrədən başlayaraq trilyonlarla hüceyrədən ibarət balaca insana qədər böyüdüyü dövr olduğu üçün düzgün balanslaşdırılmış pəhrizin bir hissəsi kimi sinkin sağlam şəkildə qəbul ediləsi vacibdir.

Sink həmçinin immun sisteminə faydaları, infeksiyalara qarşı müdafiə və yaraları sağaltmağa kömək etməsi ilə də tanınır1 və digər vacib qidalandırıcıların mübadilə edilməsinə kömək edir.

Sağlam beyin üçün yaxşı başlanğıc

Hamiləlik dövründə kifayət qədər sink qəbul etməyinizin körpəniz üçün normal böyümədən başqa da faydaları var. Beyində yüksək konsentrasiyalarda tapılmışdır, beynin normal fəaliyyəti üçün əhəmiyyətlidir, bu da gələcəkdəki bütün öyrənmə və inkişafına töhfə verir.2 O, həmçinin anticisimlərin lazımi miqdarda qorunmasına kömək edərək sağlam immun sisteminin formalaşmasını dəstəkləyir.1

pregnant woman cutting avocado
Avokado kimi bir çox qidanın tərkibində olan sink körpənizin hüceyrələrinin və DNK-nın formalaşmasında vacib rola malik mineraldır

Hamilə olarkən sink qəbul edə bilərəm?

Pəhrizinizə düzgün miqdarda sink daxil etmək hamiləlik dövründə immun sisteminiz təbii olaraq təzyiqə məruz qalarkən və infeksiyalara qarşı daha müdafiəsiz hala gələrkən xüsusən vacibdir.3 Sink əlavə immuniteti təmin edən qidalandırıcılardan biridir,1 bu da onu həm sizin, həm də körpənizin sağlamlığı üçün əhəmiyyətli edir.

Hamiləlik boyunca sağlam sink qəbulunu davam etdirmək erkən doğuş riskini azaltması ilə də əlaqələndirilir.4

soya

Hamiləlikdə sink

Bir çox qidanın tərkibində olan sink hamiləlik dövründə körpənizin hüceyrələrinin və DNK-nın formalaşmasında vacib rola malik mineraldır.

Hamiləlikdə nə qədər sink kifayət edir?

Körpənizin inkişafında bu qədər vacib rol oynamasına baxmayaraq, hamiləlik dövründə sinkin tövsiyə olunan günlük miqdarı hamiləlikdən əvvəlki dövr ilə eynidir: 7 mq. Bununla belə, körpənizi əmizdirərkən ehtiyacınız əhəmiyyətli dərəcədə artır, körpəniz 4 aylıq olana qədər 13 mq-a yüksəlir, bundan sonra isə gündə 9,5 mq-a düşür. Qidaların çoxunda mövcud olan bu miqdarı yaxşı balanslaşdırılmış qidalanma ilə almaq mümkündür.5

İnanılmaz olsa da, bir istridiyənin (dəniz ilbizi) tərkibində gündəlik sink ehtiyacınızdan daha çox sink var. Bununla belə, çiy istridyə qida zəhərlənməsi riski səbəbindən hamiləlikdə uzaq durulmalı qidalar arasındadır.

Bunun əvəzində, aşağıdakı qidaları pəhrizinizə daxil etməyə çalışın:5,6

  • Yaxşı bişmiş istridiyə və molyusk
  • İnək əti, ev quşları və hind quşu kimi qırmızı ət
  • Yulaf sıyığı
  • Qabıqlı çərəzlər, lobya və soya
  • Süd məhsulları və yumurta

Tam buğda çörəyi, zənginləşdirilmiş yarmalar və qarğıdalı da sinki təmin edir, amma onların tərkibindəki fitatlar sinkin digər qidalardan sorulmasına mane ola bilər. Digər mənbələrdən qəbul etməyinizi ən üst səviyyəyə çatdırmaq üçün bu qidaları eyni vaxtda yeməkdən çəkinmək lazımdır.

NÖVBƏTİ ADDIMLAR

Sink qəbulunu artırmaq üçün sink ilə zəngin bu yüngül yeməkləri və əlüstü aidaları sınayın:

  • Bir ovuc qoz ilə sıyıq
  • Tam bişmiş yumurta
  • Doğranmış badam ilə hind quşu salatı
  • Yulaf peçenyesi üzərində kəsmik

  1. Wellinghausen N. Immunobiology of gestational zinc deficiency. Br J Nutr 2001;85(Suppl 2):S81-86.
  2. British Nutrition Foundation. Nutrition and development, short and long-term consequences for health. London: Wiley Blackwell, 2013. p.157.
  3. NHS UK. Why are pregnant women at higher risk of flu complications? [Online]. 2017. Available at: www.nhs.uk/chq/Pages/3096.aspx?CategoryID=5 [Accessed August 2017].
  4. WHO. Zinc supplementation during pregnancy [Online]. 2013. Available at: www.who.int/ [Accessed August 2017].
  5. NHS UK. Vitamins and minerals – others [Online]. 2017. Available at: www.nhs.uk/conditions/vitamins-minerals/pages/other-vitamins-minerals.aspx#zinc [Accessed August 2017].

Son baxış: 11 avqust 2017

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x