Uşağınızın immun sistemini dəstəkləmək üçün qidalanma

Anadangəlmə müdafiə

Qidalandırıcı maddələr onun immun sistemini dəstəkləyə bilər

Uşağınızın immun sitemi hələ inkişafdadır və bu proses daha güclü, daha kompleks olana qədər yeniyetməlik dövrünə kimi davam edəcək. Yüngül uşaq xəstəlikləri uşağınızın immun sisteminin güclənməsinə kömək edir və onun pəhrizi immun gücləndirici qidalar vasitəsilə daha çox dəstəyi təmin edir. Onun immun sisteminin inkişafında və bütün həyatı boyu sağlamlığında hansı qidalandırıcı maddələrin vacib rol oynadığı və körpənizin ehtiyac duyduğu qida müxtəlifliyini necə əldə edəcəyi barədə öyrənin.

Uşağınızın immun sistemini gücləndirmək

Uşağınızın immun sistemi xarici faktorlara cavab olaraq davamlı olaraq dəyişir, uyğunlaşır və güclənir. Mikroblara məruz qalması immun sisteminin özünü necə müdafiə edəcəyini öyrənməsinə və infeksiyalara qarşı müqavimət göstərməsinə kömək edir. Uşağın yediyi qida onun təbii müdafiəsini dəstəkləməyə kömək edir, bununla da o, xəstəliklərlə effektiv şəkildə mübarizə apara bilir. Valideyn olaraq siz sağlam və balanslaşdırılmış pəhrizi təmin etməklə uşağınızın immun sisteminin inkişafını dəstəkləyə bilərsiniz. Müxtəlif çeşidli qidalandırıcı maddələr və yaxşı prebiotiklər onun immunitetini gücləndirməyə və uzun müddətli sağlamlığına töhfə verməyə kömək edəcək.

Uşağınızın immun sistemini gücləndirməyə kömək edəcək qidalandırıcılar və vitaminlər bunlardır:

Prebiotik oliqosaxaridlər (prebiotiklər)

Prebiotiklər faydalı bakteriyaları uşağınızın mədəsinə dolaraq orada inkişaf etməyə təşviq edir. Orqanizmi potensial zərərli bakteriyalardan qorumaq üçün lazımi miqdarda faydalı bakteriyaların olması tələb olunur. Bir sözlə, tərkibində prebiotiklər olan qidalar uşağınızın immun sistemi üçün təbii möhkəmlənməyi təmin edir.

Prebiotiklər təbii olaraq aşağıdakı qidalarda mövcuddur:

  • Banan
  • Soğan
  • Pomidor
  • Qulançar
  • Kasnı
  • Sarımsaq
  • Ənginar
  • Kəpəkli qidalar

Bəzi böyümə südlərinin tərkibində də prebiotiklər var və balanslı pəhrizi tamamlaya bilər.

Dəmir

article 41-18 weeks pregnant Uşağınızın sağlam və balanslaşdırılmış pəhrizinə qırmızı ət və ərik kimi dəmirlə zəngin qidaların daxil edilməsi onun immun sistemini dəstəkləməyə kömək ola bilər.

Dəmir oksigeni qırmızı qan hüceyrələrində bütün bədən boyu daşıyan proteindir və hemoqlabinin formalaşmasında vacib rol oynayır. Uşaqların normal koqnitiv inkişafını dəstəkləyir və dəmir çatışmazlığı immun sisteminə təsir göstərə bilər. Faktiki olaraq, nizamlı şəkildə kifayət qədər dəmir qəbul etməyən uşaqlar immun funksiyasının azalmasından əziyyət çəkə bilərlər, bu isə onların infeksiyalara müqavimətini azaldar.

Uşaqlar öz pəhrizlərində çəki nisbətlərinə görə böyüklərinki ilə müqayisədə 5 dəfə çox dəmirə ehtiyac duyurlar. Amma ən yaxşı halda belə uşağınızın gündəlik ehtiyac duyduğu qədər dəmir qəbul etdiyinə əmin olmaq çətin ola bilər.

Körpənizin immun sisteminin güclənməsinə kömək etməsi üçün dəmirlə zəngin aşağıdakı qidaları onun sağlam, balanslaşdırılmış pəhrizinə daxil etməyə çalışın:

  • Ət – xüsusən qırmızı ət
  • Ciyər – həddən artıq A vitamini qəbul etməkdən yayınmaq üçün həftədə bir porsiya ilə məhdudlaşın
  • Lobya
  • Qabıqlı çərəzlər
  • Quru meyvələr (məsələn, ərik)
  • Qəhvəyi düyü kimi tam buğda yarmalar
  • Zənginləşdirilmiş böyümə südləri
  • Zənginləşdirilmiş səhər yeməyi yarmaları
  • Soya unu
  • İspanaq və yem kələmi kimi tünd yaşıl yarpaqlı tərəvəzlər

Sink

Vücudun bütün toxumalarında mövcud olan sink bir çox vacib funksiyaları yerinə yetirir. Sink uşağınızın immun sistemini dəstəkləmək üçün yeni hüceyrələrin və fermentlərin yaranmasına kömək etməkdən əlavə, yaraların sağalmasında da iştirak edir.

Orqanizm sink ehtiyatı saxlamır, odur ki, uşağınızın gündəlik qidalanmasına faydalı mənbələri daxil etməyiniz vacibdir.1 Tərkibində sink olan qidalara daxildir:

  • Ət
  • Süd
  • Pendir
  • Çörək
  • Taxıl məhsulları

D vitamini2

D vitamini uşağın immun funksiyasında, böyüməsində və infeksiyalara qarşı müdafiə olunmasında rol oynayır. Bundan başqa allergiyaların qarşısının alınmasında da iştirak edir.

Ən effektiv D vitamini mənbəyi günəş işığıdır. Dəri ultrabənövşəyi günəş şüalarına məruz qalanda orqanizmdə D vitamini əmələ gəlir. Digər vitaminlərə nisbətən D vitamini üçün qida mənbələri məhdud saydadır və tərkibində D vitamini olan ən zəngin mənbələr belə kifayət qədər miqdara malik deyil.

Buna görə də uşaqlarda orta hesabla D vitamini tələbatının qidalandırıcı maddələrin tövsiyə edilən normasının cəmi 27%-ni təşkil etməsi təəccüblü deyil və bu rəqəm üç yaşına qədər 7 mkq-dır.

Bu səbəbdən də tibb mütəxəssisləri uşaqlara D vitamini əlavəsini vitamin damcıları və ya zənginləşdirilmiş böyümə südü vasitəsilə qəbulunu tövsiyə edirlər.

Tərkibində D vitamini olan qida mənbələri:

  • Qızılbalıq və skumbriya kimi yağlı balıqlar
  • Yumurta
  • Zənginləşdirilmiş marqarin
  • Zənginləşdirilmiş səhər yeməyi yarmaları (yarlığını oxuyun)

C vitamini

C vitamini infeksiyalar ilə mübarizə aparmaq üçün ağ qan hüceyrələrinə gərəklidir və təbii antioksidantdır. Hüceyrələrin qorunmasına və uşağınızın sağlam qalmasına kömək etməklə bərabər, sağalma prosesində iştirak edir və orqanizmin dəmiri sorma qabiliyyətini artırır.

Hər gün körpənizin pəhrizinə C vitamini ilə zəngin qidaları daxil etməklə onun immun sistemini və ümumi sağlamlığını dəstəkləyin. Bunlara daxildir:

  • Bibərlər
  • Brokkoli
  • Brüssel kələmi
  • Şirin kartof
  • Portağal
  • Kivi

A vitamini

A vitamini anticisimlərin yaranması və immun hüceyrələrinin funksiyasında rol oynayaraq uşağınızın immun sistemini dəstəkləyir.

Uşağınız A vitaminini aşağıdakılardan ala bilər:

  • Pendir
  • Yumurta
  • Zənginləşdirilmiş az yağlı yaxmalar
  • Qatıq
  • Tünd yaşıl və narıncı meyvə və tərəvəzlər – bunların tərkibində orqanizmin A vitamininə çevirə biləcəyi beta-karoten maddəsi var. Ən yaxşı mənbələrinə kök, şirin kartof, şalğam, manqo, ispanaq, tünd yaşıl kələm və yem kələmi daxildir.

NÖVBƏTİ ADDIMLAR

Uşağınızın immun sistemi inkişaf edərkən ona dəstək olmaq üçün bu sağlam yeməkləri və əlüstü qidaları sınayın:

  • Bolonez spagetti – tam buğda makaron ilə servis edilir
  • Kəpəkli tost üzərində tunes balığı və pendir
  • Yumurtada qızardılmış, dilimlənmiş pomidor və avokado
  • Püre edilmiş sardina və şirin qarğıdalı ilə sobada şirin kartof
  • Təzə qaragilə və doğranmış banan ilə qatıq

  1. Patient.co.uk. Zinc deficiency, excess and supplementation [Online]. Available at: http://patient.info/doctor/zinc-deficiency-excess-and-supplementation [Accessed May 2014]
  2. Infant and toddler forum. Preventing vitamin D deficiency in toddlers [Online]. Available at: www.infantandtoddlerforum.org/vitamin-d-deficiency#.U3DRgVeThMI [Accessed May 2014]

Son baxış: 27 avqust 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x