Xüslasə
Körpə acanda, yorulanda, bezi batanda, qazı olanda və ya sadəcə qucaq istəyəndə ağlaya bilər. Yeni valideyn olaraq ilk işlərinizdən biri körpənizin hər bir ağlamasının nə mənaya gəldiyini öyrənməyiniz olacaq, amma narahat olmayın, tezliklə bu, instinktiv olaraq baş verəcək.
Körpəniz ağlayanda sizə nə deməyə çalışır?
Körpələr danışa bilmədikləri üçün ağlayırlar! Bu onların sizdən ehtiyaclarını qarşılamağı istəmələrinin yeganə yoludur. Körpəniz sizə bunları çatdırmaq istəyə bilər və siz bu köməkləri edə bilərsiniz:
- “Mən acmışam”
Başlanğıcda digər ağlamaqlara oxşasa da, tezliklə aclığın xüsusi səsini müəyyən edə biləcəksiniz. Yedirtmək bu məsələni dərhal həll edəcək. - “Mənim qazım var”
Körpəniz yedikdən sonra ağlayırsa, çox güman ki, qazı var və ya kolikdir. Hər qidalanmadan sonra körpənizi qazını çıxarmağa kömək etmək işi asanlaşdırar. Əgər nələrsə qaydasında getmirsə və körpəniz narahat görünürsə, həkiminizlə danışın. - “Mən çox yorulmuşam“
Günün sonunda körpənizin ağlaması artırsa, bu onun gün ərzində yaşadığı həyəcanverici təcrübələrin yorğunluğu ola bilər. Bu halda gün ərzində kifayət qədər yatmaq imkanının olmasına diqqət edin. Axşamlar ağlamasının başqa bir səbəbi də kolik ola bilər. - “Mən narahatam”
Körpəniz çox isti və ya çox soyuqdur? (Sinəsinin hərarətini yoxlayın. Körpəniz isti olsa belə, əlləri və ayaqları adətən soyuq olur) Ya da bəlkə sadəcə onun bezini dəyişmək lazımdır? - “Mən naxoşam”
Əgər körpəniz xəstədirsə, onun ağlaması həmişəkindən fərqlənəcək. Bəzən körpə özünü pis hiss edəndə daha az ağlayır. - “Mən qucaq istəyirəm”
Bəzən körpəniz sadəcə sizə yaxın olmaq və qucaqda qalmaq istəyir. Bu qiymətli anların həzzini birlikdə yaşamaq üçün vaxt ayırın.
NÖVBƏTİ ADDIMLAR
- Körpənizin niyə ağladığını bilin.
- Körpənizin ağlamasına görə çox narahatsınızsa, həkiminizlə danışın. Buna kolik və ya digər narahatlıqlar səbəb ola bilər.
- Dostlarınızdan və qohumlarınızdan kömək istəyin. Gərginsinizsə, körpəniz bunu anlayacaq və daha tez-tez ağlayacaq. Bir qədər rahatlaşmaq və özünüzü əla almaq üçün zaman ayırın.
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.