Pomidor, krevet və çorizolu fuzilli

Hazırlıq müddəti: 5 dəqiqə. Bişmə müddəti: 30 dəqiqə. Porsiya: 2

Ənənəvi paella ləzzəti və dadlı makaronun ahəngini təqdim edən bu yemək protein baxımından zəngindir, həmçinin tiamin və manqan kimi mineralları da təmin edir.

Bu yemək: Şəkər azdır • liflər mənbəyi • proteinlə zəngindir • tiamin • manqan və xlorid • fosfor mənbəyi

Hər porsiyanın tərkibi:

Qida dəyəriMiqdarıQidalandırıcı qəbulu norması (%)
Enerji415 kkal21%
Yağ13 q19%
Doymuş yağ4.5 q23%
Şəkər5.9 q7%
Duz1.7 q28%

Dietoloq tövsiyəsi

Bişməmiş kolbasa məhsullarından uzaq durmağınız tövsiyə edilsə də, yaxşı bişdiyi halda çorizo yeyilə bilər.1

İnqrediyentlər

  • 140 q qurudulmuş fusilli makaronu
  • 60 q incə dilimlənmiş və yarı bölünmüş çorizo sosiskası
  • 70 q dondurulmuş, bişirilmiş, soyulmuş krevet
  • 1/2 çay qaşığı zeytun yağı
  • 150 q yarı bölünmüş çerri pomidoru
  • 1 diş xırda doğranmış sarımsaq
  • 1/2 limon
  • 1/2 çay qaşığı qırmızı (pul) bibər
  • 1/2 çay qaşığı çili bibəri
  • 1/4 çay qaşığı qara bibər
  • İri doğranmış bir neçə reyhan yarpağı
  • 1 çay qaşığı parmesan
  • Bir ovuc rukkola yarpaqları

Reseptin tərkibindəki allergenlər: xərçəngkimilər (krevet), qlüten və süd. Qida dəyəri barədə bütün məlumatlar 100 qrama əsaslanır, amma diqqət edin ki, bu, tövsiyə edilən porsiya miqdarı deyil.

Qidalandırıcılıq baxımından faydaları

* Tam buğda fusilli: Sizdəki hormonal dəyişiklər səbəbindən yaranan qəbizliyin qarşısını almağa kömək edən lifli maddələri təmin edir2

* Krevet: Tərkibində E vitamini var. Hamiləlik dövründə kifayət qədər E vitamini qəbul etmək körpənizin həyatının sonrakı illərində onun astma və respirator xəstəliklərə yoluxma ehtimalını azaldır.3,4 Bişirildiyi halda hamiləlik dövründə krevet yemək təhlükəsizdir5

* Pomidor: Tərkibindəki C vitamini hüceyrələrinizi qorumağa və onların sağlam qalmasına kömək edir6

Hazırlanma qaydası

  1. Makaronu bişirilmə təlimata uyğun duzlu suda bişirin və suyundan bir stəkan ayırıb kənara qoyun.
  2. Tavada yağı isidin, sarımsağı 1-2 dəqiqə qızartdıqdan sonra çorizo sosiskalarını əlavə edin. Çorizolar yağını buraxana qədər daha 2-3 dəqiqə bişirin.
  3. Krevetləri əlavə edin, qarışdırın, sonra isə qırmızı bibər, çili bibəri, yarım limonun qabığını və suyunu əlavə edin, yenə qarışdırın.
  4. Pomidorları əlavə edin, yumşalana və qaşığın arxası ilə əzilə bilənə qədər 2-3 dəqiqə bişirin. Yarım stəkan makaron suyunu əlavə edin, qarışdırın və su bir qədər azalana qədər bişirməyə davam edin.
  5. Bir qədər qatılaşdıqdan sonra parmesan pendirini, reyhanı və qara bibəri əlavə edin, daha sonra isə bişmiş makaronu əlavə edin və yaxşıca qarışdırın. Ehtiyac olarsa, az miqdarda makaron suyu əlavə edin.
  6. Ən axırda rukkola yarpaqlarını əlavə edib qarışdırın, üzərinə bir qədər parmesan və qara bibər səpib nuş edin.

  1. NHS. Foods to avoid in pregnancy [Online] 2017 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/foods-to-avoid-pregnant/#raw-or-partly-cooked-eggs. [Accessed June 2018].
  2. NHS. Your pregnancy and baby guide [Online] 2018 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/common-pregnancy-problems/#constipation [Accessed June 2018].
  3. Turner SW et al. Associations between fetal size, maternal α-tocopherol and childhood asthma. Thorax 2010;65(5):391-7. AND Devereux G et al. Low maternal vitamin E intake during pregnancy is associated with asthma in 5-year-old children. Am J Resp Crit Care Med 2006;174(5):499-507.
  4. Devereux G et al. Low maternal vitamin E intake during pregnancy is associated with asthma in 5-year-old children. Am J Resp Crit Care Med 2006;174(5):499-507.
  5. NHS. Foods to avoid in pregnancy [Online] 2017 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/foods-to-avoid-pregnant/#fish-and-shellfish. [Accessed June 2018].
  6. NHS. Vitamin C in pregnancy [Online] 2017 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vitamins-minerals-supplements-pregnant/#vitamin-c-in-pregnancy[Accessed July 2018].

Son baxış: 7 sentyabr 2018

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x