Böyürtkən, moruq və zəncəfilli qatıq

Hazırlıq müddəti: 3 dəqiqə. Bişmə müddəti: 15 dəqiqə. Porsiya: 4

Böyürtkən və moruğun tərkibində lifli maddələr və C vitamini olduğu halda, yulaf yarması B vitamini mənbəyidir, qatıq isə protein və kalsiumu təmin edir. İstəsəniz, giləmeyvələri doğranmış alma və ya armud, yaxud başqa meyvə ilə əvəzləyə bilərsiniz.

Bu yemək: Vegetarian • az yağlı və az duzlu • tərkibində liflər var • tərkibində protein və C vitamini var

Hər porsiyanın tərkibi:

Qida dəyəriMiqdarıQidalandırıcı qəbulu norması (%)
Enerji285 kkal14%
Yağ7.2 q10%
Doymuş yağ2.9 q15%
Şəkər17 q19%
Duz0.26 q4%

Dietoloq tövsiyəsi

Hamiləlik hormonları nəticəsində həzm sisteminiz zəifləyibsə, lifli maddələr bu prosesi yoluna qoymağa kömək edə bilər.1

İnqrediyentlər

  • 300 q moruq
  • 2 çay qaşığı üyüdülmüş zəncəfil
  • 1 dilim soyulmuş və incə qoğranmış təzə zəncəfil
  • 1 çay qaşığı raps yağı
  • 100 q yulaf yarması
  • 500 q qatıq

Reseptin tərkibindəki allergenlər: yulaf, süd. Qida dəyəri barədə bütün məlumatlar 100 qrama əsaslanır, amma diqqət edin ki, bu, tövsiyə edilən porsiya miqdarı deyil.

Qidalandırıcılıq baxımından faydaları

* Moruq: Tərkibindəki C vitamini hüceyrələrinizi qorumağa və onların sağlam qalmasına kömək edir2

* Böyürtkən: Spina bifida kimi sinir borusu qüsurları riskinin azalmasına kömək edən fol turşusu ilə təmin edir. Hamiləlik dövründə fol turşusu əlavəsinin qəbulundan əlavə fol turşusu ilə zəngin qidaları yemək də tövsiyə olunur3

* Yulaf: Tərkibindəki dəmir hamiləlikdə körpənizin lazımi miqdarda oksigen və qidalandırıcılar almasına kömək edir1

* Qatıq: Körpənizin sümükləri və dişləri üçün vacib olan kalsiumu təmin edir4

Hazırlanma qaydası

  1. Giləmeyvələri, üyüdülmüş və təzə zəncəfili orta ölçülü, geniş bir qaba tökün, 2 çay qaşığı su əlavə edin və odun üstünə qoyun. Arada qarışdıraraq təxminən 10 dəqiqə, giləmeyvələr yumşaq və həlim olana qədər bişirin.
  2. Oddan götürün və tam soyumasına qədər gözləyin.
  3. Mətbəx kağızından istifadə etməklə yanmayan, orta ölçülü soba məcməyisini yağlayın və odun üstünə qoyun.
  4. Yulaf yarmasını tökün, rəngini dəyişənə qədər tez-tez qarışdırmaqla 4-5 dəqiqə bişirin. Oddan götürün və tam soyumasına qədər gözləyin.
  5. Qatığı, giləmeyvə həlimini və yulafı dörd kasaya görə bölüb nuş edin.

  1. NHS. Your pregnancy and baby guide [Online] 2018 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/common-pregnancy-problems/#constipation [Accessed June 2018].
  2. NHS. Vitamins for children [Online] 2018 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vitamins-minerals-supplements-pregnant/#vitamin-c-in-pregnancy[Accessed June 2018].
  3. NHS. Why do I need folic acid in pregnancy? [Online] 2018 Available at: https://www.nhs.uk/chq/Pages/913.aspx [Accessed June 2018]].
  4. NHS. Vitamins and minerals: Calcium [Online] 2018 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vitamins-minerals-supplements-pregnant/#calcium-in-pregnancy [Accessed June 2018].

Son baxış: 7 sentyabr 2018

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x