Ərik, qarışıq toxumlar və vanil müslisi

Hazırlıq müddəti: 10 dəqiqə. Porsiya: 22 x 45 q porsiyalar

Bu səhər yeməyindəki qabıqlı çərəzlər və toxumlar sağlam doymamış yağ turşuları, geniş çeşidli vitamin və mineralları təmin edir. Hazırlamaq üçün etməli olduğunuz tək şey qarışdırmaqdır.

Bu yemək: Tərkibində süd məhsulları yoxdur • veqan • vegetarian • az miqdarda yağ, şəkər və duz • lif, protein, E vitamini, biotin, fosfor və mis • yüksək miqdarda manqan.

Hər porsiyanın tərkibi:

Qida dəyəriMiqdarıQidalandırıcı qəbulu norması (%)
Enerji214 kkal11%
Yağ12 q17%
Doymuş yağ1.3 q7%
Şəkər4.5 q5%
Duz0.18 q3%

Dietoloq tövsiyəsi

Allergiya olmadığı halda gələcək analar hamiləlik vaxtı qabıqlı çərəzlər yeyə bilərlər. Hamiləlikdə qabıqlı çərəzlər yeməyin körpənizdə uşaqlıq yaşlarında allergiyanın yaranması ehtimalını azaltdığı güman edilir.1

İnqrediyentlər

  • 400 q yulaf yarması
  • 75 q iri doğranmış qurudulmuş ərik
  • 75 q iri doğranmış xurma
  • 150 q bütöv badam
  • 175 q qarışıq toxumlar (balqabaq, günəbaxan, kətan toxumu, xaş-xaş və küncüt kimi)
  • 50 q xırda doğranmış, qızardılmış badam
  • 1 vanil qınının toxumları

Servis üçün

  • 135 ml şirinləşdirilməmiş, zənginləşdirilmiş badam südü

Reseptin tərkibindəki allergenlər: yulaf, qabıqlı çərəzlər (badam), küncüt toxumu, qlüten və sulfitlər.

Qidalandırıcılıq baxımından faydaları

* Yulaf: Sizdəki hormonal dəyişiklər səbəbindən yaranan qəbizliyin qarşısını almağa kömək edən lifli maddələri təmin edir2

* Ərik: Tərkibindəki dəmir hamiləlik dövründə körpənizin lazımi oksigen və qidalandırıcıları almasına kömək edir3

* Badam: Spina bifida kimi sinir borusu qüsurları riskini azaltmağa kömək edən fol turşusunu təmin edir. Mütəxəssislər hamiləlik dövründə fol turşusu ilə zəngin qidaları yeməkdən başqa fol turşusu əlavəsi qəbulunu da tövsiyə edirlər4

Hazırlanma qaydası

  1. Tam qarışana qədər inqrediyentləri böyük bir kasada birlikdə qarışdırın.
  2. Hermetik (hava keçirməyən) qaba tökün.
  3. Badam südü ilə nuş edin.

  1. Maslova, Ekaterina et al. Peanut and tree nut consumption during pregnancy and allergic disease in children—should mothers decrease their intake? Longitudinal evidence from the Danish National Birth Cohort. J Allergy Clin Immunol. 2012; 130(3),724 – 732.
  2. NHS. Your pregnancy and baby guide [Online] 2018 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/common-pregnancy-problems/#constipation [Accessed June 2018].
  3. British Nutrition Foundation. Nutrition and supplements during pregnancy [Online]. 2015. Available at: https://www.nutrition.org.uk[Accessed July 2018].
  4. NHS. Why do I need folic acid in pregnancy? [Online] 2018 Available at: https://www.nhs.uk/chq/Pages/913.aspx [Accessed June 2018].

Son baxış: 7 sentyabr 2018

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x