Uşaqlarla ailəvi yemək üçün praktiki məsləhətlər

Ailə məsələsi

Sağlam qidalanmanı ailənin bir hissəsinə çevirin

Uşaqlar müstəqilliklərini təsdiqləməyi sevirlər – bu inkişaflarının vacib bir hissəsidir – ancaq bəzən yemək vaxtları çətinliklər yarada bilər. Ailəvi yeməklərin daha əyləncəli etmək yollarını tapmaq uşağınızın marağına səbəb ola və yeməyini səbirsizliklə gözləmələrinə kömək edə bilər. Yeməklə sağlam əlaqə yaratmaq üçün bəzi yaradıcı yollar kəşf edin və uşağınızın yeni bacarıqlarını istifadə edərək onu bu prosesə necə cəlb edəcəyinizi tapın.

Uşağınızı sağlam ailə yeməkləri ilə yaxşı yeməyə həvəsləndirin

Uşağınız böyüdükcə təbii olaraq müstəqillik qazanır və bənzərsiz, bəzən güclü iradəli bir şəxsiyyətə çevrilir. Yemək vaxtı sərhədləri sınamaq və öz seçimlərini irəli sürmək üçün əla bir fürsətdir, bu da bir valideyn olaraq sizin üçün çətinlik yarada bilər.

Yeməkləri əyləncəli vəziyyətə gətirmək və uşağınızı mətbəxə cəlb etmək onu yeməklə maraqlandıracaq. Həm də onun sağlam inkişafı üçün lazım olan geniş çeşiddə qidalandırıcı maddələri qəbul etmə ehtimalını artıracaq.

Uşağınızla bacardığınız qədər tez-tez yeyin. Uşaqlar nümunədən öyrənirlər, belə ki, müxtəlif qidalar yediyinizi görsə, onun da bunu da təkrar etmək ehtimalı yüksəlir. Həm də ailələri ilə birlikdə yeyən uşaqların daha geniş çeşiddə və daha çox qidalandırıcı maddələr qəbul etdikləri müşahidə olunur.1 Hər dəfə birlikdə yemək yeməyə bilərsiniz, ancaq ailə yeməyini bacardığınız qədər ön planda saxlayın.

Uşaqların sağlam böyüməsi üçün müxtəlif qidalandırıcılara ehtiyacı var. Uşağınızın menyusunun müxtəlif qidalarla zəngin saxlanması ehtiyac duyduğu qidalandırıcı maddələri təmin edəcək və onun marağına səbəb olacaq.

Rutin: Uşaq yeməkləri üçün əsas tərkib hissəsi

Əksər uşaqlar gündəlik rejimə yaxşı uyğunlaşırlar. Mütəmadi yemək və qəlyanaltı vaxtlarına sadiq qalmaq bu vaxtın daha rahat keçməsinə kömək edə bilər. Amma uşağınızın yorğun və ya ac olduğu zaman sizinlə daha az əməkdaşlıq edəcəyini də unutmayın, buna görə də yuxudan öncəki yeməkləri yaxşı planlaşdırın.

Uşağınızın gün ərzində üç müntəzəm yeməyi arasında iki və ya üç kiçik qəlyanaltıya ehtiyacı olacaq. Sağlam seçimlərə düyü peçenyeləri, tərəvəz çubuqları, meyvələr, pendir kubları, qatıq və ya balaca bir sendviç daxildir.

cut up apples 1 Çöldə olarkən daha az sağlam qidalardan uzaq durmaq üçün özünüzlə qidalandırıcı qəlyanaltılar götürün.

Uşağınızın susuz qalmaması vacibdir, lakin həddən çox içki onun mədəsini doldurub yeməyə az yer saxlaya bilər. Yeməklərarası ən yaxşı içki sudur. Ona meyvə suyu verməyi seçsəniz, yaxşı durultduğunuza əmin olun və gün ərzində içmək üçün yox, yalnız yemək vaxtı təklif edin, çünki bu, dişlər üçün gün boyu içməsindən daha yaxşıdır.

Uşağın yemək vaxtını əyləncəli etmək üçün fikirlər

Uşağınız maraq göstərirsə və xoşbəxtdirsə, deməli, çox güman ki, boşqabdakı yeməyini yeyəcək. Ailənin yemək vaxtlarını qayğısız və maraqlı etmək üçün bu fikirləri sınayın:

  • Oyunu təşviq etmək üçün yeməkləri maraqlı forma və ölçülərdə təqdim edin. Ulduz, ürək və ya heyvan şəkilli sendviçləri kəsmək üçün peçenyekəsən formalardan istifadə edin. Makaron spiralları və ya əlifba hərfləri onu əyləndirə bilər.
  • Uşağınızın boşqabındakılar ilə əyləncəli üz düzəldərək və ya yeməklərə ad verərək onları canlandırın. Brokkoli və gül kələmi tikələri kiçik ağaclara bənzəyir və “əyləncəli bir meşəyə” çevrilə bilər. Yaxud paylaşmaq üçün xalça və qəlyanaltı ilə döşəmədə qapalı piknik təşkil edin.
  • Səliqəsizliyə görə narahat olmayın. Uşağınıza özü yeməyə imkan verdiyiniz təqdirdə daha çox yeyə bilər. Hummusu boya kimi, yerkökü çubuğunu fırça kimi istifadə edərək özünü ifadə etməsinə icazə verin, yeməyini yeyərkən boşqabını bəzəməyə təşviq edin.
  • Uşağınıza nə vaxt doyduğuna qərar vermək şansı verin. Yeməyini bitirdikdə istifadə etməsi üçün bir işarə və ya xüsusi bir şeir öyrədin. O doyduqda və ac olduqda bunu biləcək. Onun yemək qəbulu gün boyu bərabər olmalıdır.

Onun faydalı tərəflərini işə salın

Uşağınızı alış-veriş, yemək bişirmək və yemək istədiklərini seçmək prosesinə cəlb etmək ona özünü ifadə etmək şansı verir – bunlar bu yaşda çox vacibdir.

Supermarket öyrənmək və araşdırmaq üçün yaxşı bir yer ola bilər: ondan tanıdığı meyvə və tərəvəzləri göstərməsini istəyin və düzgün tapdığı zaman onu tərifləyin. Yemək zamanı ona bu bacarığı ilə tapdığı meyvə və tərəvəzi xatırladın..

Mətbəxdə məşğul olmaq üçün uşağınıza öz alətlərini – yaşına uyğun bıçaq və rəngli doğrama taxtası vermək başlanğıc üçün yaxşıdır.

Yaşı kifayətdirsə, ona tərəvəzləri doğramaq üçün uşaq bıçağı verərək ailə yeməyini hazırlamağınıza kömək etməsinə icazə verin. Biş-düşlə məşğul olmaq üçün çox kiçikdirsə, onu yaxınlıqda oturdun ki, etdikləriniz haqqında danışarkən sizi öz hündür stullarından izləyə və dinləyə bilsin.

Bu yaşda uşaqlara qərar vermək şansı verilməsi onların çox xoşuna gəlir, ona görə yeməkləri ilə istədiyi tərəvəzləri və ya içki seçməsini istəyin. Seçimlərin sadə olmasının vacib olduğunu unutmayın, çünki bu yaşda qərar qəbul etmə bacarıqları hələ də məhduddur. Məsələn, sendviçin içində pendir, yoxsa vetçinanın olmasını, desert üçün isə alma, yoxsa banan seçimlərini təklif edin. Böyüdükdə süfrə açmağınıza kömək edə və ya ailənin digər üzvlərinə yemək vaxtı olduğunu bildirmək kimi bir məsuliyyət daşıya bilər.

NÖVBƏTİ ADDIMLAR

Uşağınızın maraq və iştahının artması ümidi ilə aşağıdakı qidaları hazırlamaqda sizə kömək etməsinə icazə verin::

  • Rəngarəng tərəvəz qızartması
  • Evdə hazırlanan pizzalar
  • Meyvə salatı
  • Qarışıq tərəvəz şişləri (zədələnməməsi üçün köməyinizi əsirgəməyin)

1. Hamilton SK & Wilson JH (2009) Family mealtimes – worth the effort. ICAN: Infant, Child, & Adolescent Nutrition 1: 346-350

Son baxış: 27 avqust 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x