Körpələrdə laktoza dözümsüzlüyünün işarələri və simptomları

Qəti işarə

Allergiya və dözümsüzlük arasındakı fərq

Nisbətən nadir müşahidə olunsa da, körpələrdə laktoza dözümsüzlüyü ola bilər. Fərqli laktoza dözümsüzlüyü növləri, simptomları necə müəyyən edəcəyiniz və bunun körpənizin qidalanması, həmçinin gələcək sağlamlığı və inkişafı üçün nə mənaya gəldiyi barədə daha ətraflı məlumat üçün oxumağa davam edin.

Körpənizi sakitləşdirmək

Körpənizi sakitləşdirməkdən söhbət gedəndə “dəqiq” bir üsul yoxdur – bu, tamamilə onun nəyə reaksiya verəcəyi ilə əlaqəlidir. Aşağıda anaların faydalı hesab etdiyi, sınaqdan keçmiş üsullar var:1

  • İncə yelləmə hərəkətləri ilə onu sakitləşdirin
  • Körpənizi fərqli vəziyyətlərdə tutmağa cəhd edin
  • Onu “ağ səs-küy” ilə (məsələn, saç feni, tozsoran səsi) sakitləşdirin
  • İsti su ilə çimizdirin və isti dəsmal ilə bükün
  • Uşaq arabasında ətrafda gəzintiyə çıxın
  • Onu bir qədər maşında gəzdirin
  • Mədəsini və ya belini ehmala masaj edin
  • Həkiminizdən körpə üçün masaj üsullarını öyrənin

Laktoza dözümsüzlüyü nədir?

Laktoza süddə və süd məhsullarının çoxunda təbii olaraq mövcud olan şəkərdir. Orqanizmin laktozanı daha rahat həzm edilən formaya çevirməsi üçün bağırsaqda əmələ gələn həzm fermenti olan laktaz kifayət qədər əmələ gəlmədikdə laktoza dözümsüzlüyü ortaya çıxır.1

Laktoza dözümsüzlüyü nisbətən nadir hallarda müahidə olunur. Avropa mənşəli insanlarda 50 nəfərdən birində rastlaşılır, Asiya və Afrika mənşəli insanlarda isə daha geniş yayılıb.1

Üç əsas səbəbi mövcuddur:2

Əsas – qidalanmada süd məhsulları qəbulunun azalmasına qarşılıq olaraq təbii laktazın əmələ gəlməsində azalma olduqda yaranır. Bu, adətən həddi-buluğa çatana qədər ortaya çıxmır və süd məhsullarının böyüklərin adi pəhrizinə daxil edilmədiyi cəmiyyətlərdə müşahidə olunur.

İkini dərəcəli – bağırsaq zədələnməsinin nəticəsi kimi müvəqqəti dözümsüzlük, məsələn mədə böcəyi və ya infeksiya, diaqnoz qoyulmamış seliakiya və ya antibiotiklərin uzun kursu.

Anadangəlmə – çox nadir hallarda görünən genetik xəstəlik forması; körpələrin çox az miqdarda laktaz ilə və ya ümumiyyətlə laktazsız doğulması.

Laktoza dözümsüzlüyü vaxtından əvvəl doğulmuş körpələrdə bağırsağın kifayət qədər inkişaf etməməsi səbəbindən də yarana bilər. Adətən bu, böyüdükcə yaxşılaşır.

Laktoza dözümsüzlüyü simptomları

Laktoza dözümsüzlüyü simptomları digər xəstəliklərin əlamətlərinə oxşaya bilər və bu da onların müəyyən edilməsini çətinləşdirir. Bununla belə, geniş yayılmış simptomlara aiddir:

  • Mədədə ağrı
  • İshal
  • Şişkin mədə
  • Həddən artıq qaz

Bu simptomlar adətən laktozaya malik qidalar qəbul edildikdən 1-3 saat içində ortaya çıxır.3

Körpənizdə laktoza dözümsüzlüyü olduğunu necə bilməli?

Körpənizin həzm çətinlikləri yaşadığını düşünürsünüzsə, diaqnoz qoyulması üçün həkiminizə müraciət etməlisiniz. Daha peşəkar yanaşma üçün pediatrik dietoloqa müraicət edə bilərsiniz. Körpənizin hələ bir yaşı tamam olmayıbsa, bizim körpə simptom yoxlayıcısını sınaya bilərsiniz. Burada həkiminizə bildirə biləcəyiniz bir çox faydalı tövsiyə və simptomlar xülasəsi var.

Laktoza dözümsüzlüyündən şübhələndiyiniz halda körpənizin pəhrizindən laktozanı çıxarmağınız tövsiyə olunur. Amma bunu körpənizin sağlam inkişaf üçün ehtiyac duyduğu bütün qidalandırıcı maddələri təmin etməyə yönəlmiş tövsiyəni edəcək tibb mütəxəssisinin təlimatı ilə etməlisiniz. Xüsusi diqqət tələb edən qidalandırıcı maddə kalsiumdur, çünki kalsium adətən tərkibində laktoza olan qidalar vasitəsilə təmin edilir və normal sümük inkişafına təsir edir.3

Kalsium körpənizin böyüyən sümükləri üçün çox əhəmiyyətlidir, buna görə də süd məhsullarından imtina etmək lazımdırsa, körpənizin kalsium qəbuluna diqqət etmək vacibdir.

Körpənizi əmizdirirsinizsə, onun ana südündəki laktozanı həzm etməsi üçün laktaz damcılarına ehtiyacı ola bilər. Adətən ferment damcıları steril qabda az miqdarda ana südü ilə qarışdırılır və körpə ana südünü əmmədən əvvəl qaşıqla verilir. Laktozanı öz pəhrizinizdən çıxarmaq kömək etməyəcək, çünki bu, döşlər tərəfindən əmələ gəlir və qidalanmağınızdakı laktoza miqdarı ilə əlaqəli deyil. Əgər körpənizin sizin südünüzdəki laktozaya reaksiya verə biləcəyini düşünürsünüzsə, məsləhət üçün həkiminizlə danışın.

Körpənizin vəziyyəti nəzarət altında olanda laktoza dözümsüzlüyü onun inkişafına təsir göstərməyəcək. Vaxtında diaqnozun qoyulması körpənizin özünü yenidən yaxşı hiss etməsini, bu mərhələdə və gələcəkdə bütün inkişafı üçün ehtiyac duyduğu qidalandırıcıları almağını təmin edəcək. Unutmayın ki, laktoza dözümsüzlüyü sadəcə 4-6 həftə davam edir, buna görə də laktozanın yenidən pəhrizə daxil edilməsi ilə bağlı həkiminizlə danışmağınız lazımdır.

Tərkibində laktoza olan qidalar və onların alternativləri

Bəzi qidaların tərkibindəki laktoza miqdarı:

  • Bir stəkan süd (200 ml)                 9 q laktoza
  • Bir qab qatıq (125 q)             5.9 q laktoza
  • Təzə pendir (60 q)                   1.8 q laktoza
  • Çedar pendiri (30 q)                 0 q laktoza
  • Kəsmik (40 q)                   1.2 q laktoza
  • Südlü şokolad (54 q)            5.5 q laktoza
  • Bir kasa düyü sıyığı (200 q)      7.8 q laktoza4
Qida növüLaktoza tərkibli qidalarAz laktozalı alternativləri
YağMarqarinYağ, əridilmiş yağ, südsüz yaxma, soya yaxması, bitki yağları
PendirPendir, kəsmikAz laktozalı: Edam, qouda, rokfor, bri, çedar, mavi pendir. Laktozasız: Soya pendiri, düyü pendiri (Vacib qeyd: 6 aydan kiçik körpələr yumşaq və və pasterizə edilməmiş pendir yeməməlidir)
QatıqSüdlü qatığıAz laktozalı: İnək südü qatığı. Laktozasız: Soya qatığı
QaymaqQaymaq, süni qaymaq, dondurmaSoya qaymağı, yulaf qaymağı
Qida inqrediyentləriLaktoza, laktoqlobulin, kəsmik, zərdab tozu

Aşağıdakı qidaların tərkibində laktoza ola bilər. Yuxarıdakı cədvəldə qeyd olunan laktozalı qidaların inqrediyentlər siyahısını yoxlayın.3

  • Emal edilmiş ət və qidalar, məsələn vetçina
  • Çörək və çörək məhsulları
  • Səhər yeməyi sıyıqları
  • Tortlar
  • Biskvitlər

Körpəm laktoza dözümsüzlüyünü geridə buraxa biləcəkmi?3

Vəziyyətdən asılı olaraq körpəniz tam sağala bilər və ya gələcəkdə də laktoza dözümsüzlüyü ola bilər. Bəzi insanlarda bu, ömür boyu davam edir.

Həkiminiz və ya pediatrik dietoloqunuz laktozası azaldılmış və ya laktozasız südlü qatışıq tövsiyəsi verə bilər. Onlar körpənizin reaksiyasını yoxlamaq və hər hansı bir dəyişikliyin olub-olmadığını görmək üçün müəyyən mərhələdən sonra yenidən laktoza verməyinizi istəyə bilərlər, buna görə də tibb mütəxəssisləri ilə daim əlaqədə olun və mərhələnin necə irəlilədiyini onlara deyin.

NÖVBƏTİ ADDIMLAR

  • Körpənizdə laktoza dözümsüzlüyü olduğundan şübhələnirsinizsə, həkiminizlə danışın. O, diaqnoz qoyulmasında və körpənizin tam sağlamlığına qovuşması üçün atacağınız addımlarla bağlı sizə təlimat verəcək.

  1. NHS UK. Lactose intolerance [Online]. 2014. Available at: www.nhs.uk/conditions/Lactose-intolerance/Pages/Introduction.aspx [Accessed May 2014]
  2. EFSA. Scientific opinion on lactose thresholds in lactose intolerance and galactosaemia [Online]. 2010. Available at: www.efsa.europa.eu/efsajournal/pub/1777 EFSA Journal 8(9):1777 [Accessed May 2014]
  3. Dunne. T., Farrell. P. & Kelly. V. (2008). Feed Your Child Well. A & A Farmer
  4. McCance. & Widdowson. (2002). The Composition of Foods. (6thed).

Son baxış: 13 avqust 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x