Prebiyotiklərin körpənin immun sistemi üçün əhəmiyyəti

Körpələr immun sistemi ilə doğulurlar. Amma həyatlarının ilk bir neçə ilində bədəninin digər hər yeri kimi immun sistemi də inkişaf etməyə davam edir. Eyni zamanda, immun sistemi tam formalaşana qədər körpələr bakteriya və viruslara qarşı həssas olurlar. Buna görə də körpənizin infeksiyalarla mübarizə aparmasına kömək edə bilmək üçün immun sisteminin inkişafının bu bənzərsiz dövrünü dəstəkləmək, körpənizi düzgün qidalanma ilə təmin etmək çox vacibdir.

Körpənizin bağırsağında olan kiçik mikroskopik bakteriyaların onun immun sisteminin soyuqdəymə və viruslara necə reaksiya göstərməsinə təsir edə biləcəyini bilirdinizmi? Bu təəccüblü deyil, çünki:

1) Körpənizin immun hüceyrələrinin 70-80% -i 100 trilyon bağırsaq bakteriyası ilə birlikdə nazik bağırsaqda yerləşir. “Mikrobioma” olaraq bilinən bu kiçik bakteriya populyasiyası, soyuqdəymə və ya viruslara məruz qaldıqda körpənizin immun sisteminin necə reaksiya verəcəyinə qərar verməkdə rol oynayır.

2) Körpəlik dövründə ana südü ilə qidalanma immun sistemini dəstəkləyən faydalı bağırsaq bakteriyalarının yaranmasını stimullaşdırır.

Ana südü, həyatın ilk altı ayında körpələr üçün ən yaxşı qidalanma mənbəyidir. Ana südü sağlam böyümə və inkişaf üçün lazım olan bütün qida maddələrini ehtiva edir. Ana südü eyni zamanda çox sayda immun faktorlarını da (məsələn, immune hüceyrələri, analıq antikorları, prebiyotiklər,nukleotidlər, yağ turşuları və karbohidratlar) ehtiva edir.

Prebiyotiklərin immun sisteminə təsiri

Ana südü immun sisteminin inkişafı üçün xüsusilə faydalıdır, çünki tərkibində “probiyotiklər” kimi tanınan faydalı bakteriyalar və bu bakteriyaları qidalandıran “prebiyotiklər” adlanan qidalandırıcı maddələr var.

Texniki baxımdan prebiyotiklər faydalı bakteriyaların inkişafını təşviq edən həzm oluna bilməyən pəhriz karbohidratlarıdır. Prebiyotiklərin inkişaf etməkdə olan immun sisteminə müsbət təsirini təsdiqləmək üçün körpələr üzərində bir çox araşdırma apardıq.

Qidalanma baxımından, prebiyotiklər eyni zamanda sümüklərin sağlam inkişafına kömək edən kalsium və maqnezium kimi mineralların sorulmasını sürətləndirməyə kömək edir.

Bundan əlavə, prebiyotiklər bağırsaqda B və K kimi vacib vitaminlərin hazırlanmasından cavabdeh olan bakteriyaları qidalandırır.

Prebiyotikləri körpənizin pəhrizinə necə daxil etmək olar.

Körpənizin immun sisteminin inkişafı üçün ən vacib qida mənbəyi ana südüdür. Antikorlar və digər vacib komponentlərlə yanaşı ana südündə olan prebiyotiklər körpənizin immun sistemi üçün çox vacibdir.

Buna görə də ilk 6 ayda yalnız ana südü ilə qidalanma tövsiyə olunur. Əgər ana südü verməməyə qərar versəniz, pediatrınızla məsləhətləşin. Prebiyotiklər kimi qidalandırıcı maddələr ehtiva edən formulalar haqqında həkiminizdən məlumat alın. Prebiyotiklərlə zənginləşdirilmiş formulalar ana südü ilə qidalanmayan körpələrin immun sisteminə infeksiyalarla mübarizədə kömək edə bilər.

Körpənizə iki yaşına qədər ana süd verməyə davam edə bilsəniz də, körpəniz 6 aylıq olduqda, pediatrınızın tövsiyəsi ilə onu balanslı bir pəhrizlə təmin edən əlavə qidalara keçid edə bilərsiniz.

Prebiyotiklərə banan, soğan, pomidor, hətta sarımsaq kimi qidalarda da rast gəlmək olar.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x