Övladınızın sürətlə böyüdüyü və inkişaf etdiyi ilk bir neçə ildə qidalanma əhəmiyyətli bir rol oynayır. İlk 6 ayda körpələrin qidalanmasını əsasən, ana südü təşkil edir (mümkün olduğu halda). Ana südü, təbii olaraq, uşağınızın ehtiyac duyduğu qidaların çoxunu, o cümlədən karbohidratlar, yağ və protein ehtiva edir. Həmçinin immun sisteminin dəstəkləməsində əhəmiyyətli rol oynayan antikor və prebiyotik kimi birləşmələri və dəmir, sink və A, C və D vitaminləri kimi mikroelementləri də ehtiva edir. Körpə qatışıqları da bu mikroelementləri özündə ehtiva edir.
Altı aydan sonra uşaqların çoxu müxtəlif növ qidaları kəşf etməyə hazır olurlar. Beləliklə, bu mərhələdə (4 aydan tez əlavə qidaya keçmək olmaz), addım-addım uşağınızın pəhrizinə bəzi kiçik ilk əlavə qidaları daxil edə bilərsiniz. Ana südündən ayırmaya keçid etməmişdən əvvəl bunu həkimlə məsləhətləşməyinizi tövsiyə edirik. Balacanızın ilk əlavə qidasına tərəvəz və ya meyvələrdən başlamağınız tövsiyə olunur, ancaq yavaş-yavaş övladınızın ehtiyac duyduğu digər bütün qidaları onun sağlam balanslı pəhrizinə əlavə edə bilərsiniz. Uşağınızın fərqli dadlara öyrəşməsi vaxt apara bilər, buna görə də bu prosesi yavaş aparmağınız vacibdir. Körpənizin yeni bir qidaya öyrəşməsi 10 cəhddən sonra alına bilər. Bu sizin üçün çətin görünsə də unutmayın ki, bu, prosesin bir hissəsidir.
Qatı qidalarla tanışlıq.
Qatı qidalara keçid edərkən püre kimi yeməklərlə başlamaq daha yaxşıdır. Xüsusi qidalara diqqət edərək müxtəlif qida maddalərini daxil etməyiniz vacibdir. Aşağıdakı vitaminlər və minerallar körpənizin immun sisteminin dəstəklənməsində mühüm rol oynayır.
C vitamini: C vitamini immun siteminin normal fəaliyyətini dəstəkləyir. Bu, ağ qan hüceyrələrinin infeksiyalarla mübarizə aparmaq üçün istifadə etdiyi təbii bir antioksidandır. C vitamini portağal, kivi, qarağat, bibər, brokkoli və ispanaq kimi bir çox meyvə və tərəvəzin tərkibində var.
D vitamini: D vitamini sümüklərin yaranmasında və güclü qalmasında kalsium ilə birlikdə əhəmiyyətli rola sahibdir. O, həmçinin immun sistemini də dəstəkləyir. D vitamininin ən yaxşı mənbəyi günəş işığı ilə dəridən qəbul olunanıdır. Bundan başqa, xüsusilə kiçik uşaqlar üçün günəş işığına qarşı diqqətli olmağınız vacibdir. D vitamini somon, ton balığı, skumbriya və yumurta kimi qidalarda da tapa bilərsiniz.
Uşağınızın lazımi miqdarda D vitamini qəbul etməsindən əmin olmaq istəyirsinizsə, həkiminizə müraciət edin. D vitamini qəbulunu ehtiyac yaranarsa, qida əlavələrindən də ala bilərsiniz.
A vitamini: A vitamini ağ qan hüceyrələrini gücləndirərək və antikorun immun reaksiyasını yaradaraq immun sistemini dəstəkləyir. O, həm də böyüməyə və inkişafa da dəstək olur. A vitamininin yaxşı mənbəyi yumurta, qatıq və pendirdir. Körpəniz əlavə olaraq A vitaminini mango, kələm, yerkökü və şirin kartof kimi bəzi meyvə və tərəvəzlərdən də ala bilər.
Dəmir: Körpənizin hemoqlobin hazırlamaq üçün dəmirə ehtiyacı var, qırmızı qan hüceyrələrindəki bu protein bədəndə oksigen daşımasına və digər hüceyrələrə çatdırılmasına kömək edir. Uşağınızda kifayət qədər dəmir olmadıqda (anemiya kimi bilinir), bu immun reaksiyasına təsir edə və infeksiyaların artmasına səbəb ola bilər.
Çox yaxşı ki, mal və quzu əti, zənginləşdirilmiş səhər yeməyi taxılları, kələm və ispanaq və qurudulmuş noxud, lobya və ya mərcimək kimi paxlalılar daxil olmaqla dəmirlə zəngin müxtəlif qidalar var.
Sink: Sink bədənin bütün hüceyrələrində olan bir mineraldır. İmmun sisteminə yeni hüceyrələr və fermentlər yaradaraq bakteriya və viruslarla mübarizə aparmağa kömək edir. Pəhrizinizə ət, süd məhsulları (süd və pendir kimi) və kəpəkli çörəklər və dənli bitkilər kimi qidalandırıcı qidalar əlavə edərək uşağınızın gündəlik sink ehtiyaclarını dəstəkləyə bilərsiniz.