Qeysəriyyə və körpənizin immun sistemi

Körpənin ilk ağlaması və onu ilk dəfə qucağınıza almağınız.

Körpənizin dünyaya gəlməsi heç vaxt unutmayacağınız çox xüsusi və gözəl bir andır. Yəqin ki, bu günə qədər kimisə bu qədər sevə biləcəyinizi düşünməmişdiniz.

Körpəniz dünyaya bu 2 yoldan biri ilə gələ bilər: təbii doğuş və qeysəriyyə əməliyyatı. Hər iki doğuş üsulunun əsas məqsədi təhlükəsiz bir şəkildə sağlam bir körpəni dünyaya gətirməkdir. Körpənizin doğuş üsulu onun bağırsaq microbiotasının inkişafına təsir edir.

Təbii doğuşla dünyaya gələn körpələr doğum kanalından keçərkən faydalı bakteriyaları qəbul edirlər ki, bu da immun sistemini gücləndirir və bağırsağı dəstəkləyir. Qeysəriyyə yolu ilə dünyaya gələn körpələrdə bu ilk əlaqə və dəstək əskik olacaqdır. Amma narahat olmayın. Uşağınız qeysəriyyə əməliyyatı ilə doğulsa belə yenə də ana südü ilə qidalandıraraq bağırsaq mikrobiotasının və immun sisteminin inkişafına kömək edə bilərsiniz.

Qidalanma immun sistemini dəstəkləyir

Bağırsağın balanslı böyüməsi üçün qidalanma vacibdir. Xüsusilə ana südü körpənizin immun sisteminin inkişafı üçün faydalıdır. O probiyotiklər kimi tanınan faydalı bakteriyaları və bu faydalı bakteriyaları qidalandıran qida maddələri olan prebiyotikləri ehtiva edir. Probiyotiklər uşağınızın immun hüceyrələrinin 70-80% -nin yerləşdiyi bağırsağa yığılır və zərərli bakteriyaların orada yerləşməsinin qarşısını almağa çalışır. Probiyotiklər və prebiyotik lifləri sağlam bir bağırsaq yaratmaq üçün birlikdə işləyərək immun sisteminin infeksiyalarla mübarizə apara bilməsi üçün faydalı bakteriyaların böyüməsini təşviq edirlər. Körpənizi ana südü ilə qidalandıra bilmirsinizsə, və ya ana südü ilə qidalandırmağı seçməmisinizsə, uşaq südləri haqqında tövsiyə almaq üçün həkiminizlə məsləhətləşin. Tədqiqatlar göstərmişdir ki, prebiyotiklər və probiyotiklər əlavə olunmuş uşaq südləri faydalı bakteriyaların səviyyəsini artırmağa, həmçinin bağırsaq mikrobiomasına və immun sisteminin inkişafına da kömək edə bilər.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x