Sevimli ev heyvanları və immun sistemi

Sevimli ev heyvanları və onların sağlamlığa faydaları.

Sevimli ev heyvanı təkcə sizə deyil, uşağınıza da sevgi və rahatlıq verə bilər. Uşağınızın və sevimli ev heyvanınızın bir-biri ilə yaxın dost olma ehtimalı yüksəkdir. Balacanızın ev heyvanını qucaqlaması sadəcə sevimli deyil, həm də sağlamlığa faydaları vardır.

Sevimli ev heyvanları və körpənizin immun sistemi

Məlumdur ki, ev heyvanları insanda stress səviyyəsini aşağı sala bilirlər, amma ev heyvanlarının balacanızın immun sistemini inşa etməyə kömək etdiyini də bilirdiniz? Bütün bunlar ev heyvanlarının təbii olaraq evinizə gətirdiyi mikroorqanizmlərlə əlaqəlidir. Bu mikroorqanizmlər övladınızın immun sisteminin nəyə reaksiya verəcəyini və nəyə reaksiya verməyəcəyini öyrədir.

Bu yaxınlarda uşaqların ev heyvanları ilə əhatə olunmasının təsiri və bağırsaqdakı mikrob tərkibininin araşdırılması bəzi əlamətdar nəticələr göstərmişdir. Tədqiqatçıların ev heyvanları ilə böyüyən iki uşaqda apardıqları araşdırmalar göstərdiki onlarda allergiyanın inkişaf etmə ehtimalı daha azdır.

Beləliklə, növbəti dəfə uşağınız pişiyinizi qucaqladıqda və ya qonşunun sevimli köpək balalarını sığallamaq istəyərsə, buna icazə verin. Bu, yalnız əyləncəli olduğu üçün deyil, həmçinin uşağınızın immun sistemini gücləndirdiyi üçün də faydalıdır! Əvvəlcə həmişə təhlükəsizliyi yoxlayın və balacanız ev heyvanları ilə qarşılıqlı əlaqədə olduqda onların yanında olun!

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x