Sözləri tapmaq
Nə deməli və necə deməli
Hamiləliyin üçüncü rübündə qarnınızla danışmağın körpənizə sakitləşdirici təsir bağışladığı sübut olunmuşdur, amma yeni araşdırmaların inanılmaz nəticələri onu göstərir ki, hələ doğulmamış körpələr eşitdiklərini xatırlaya və təkrarlanan laylalarla rahatlaşa bilirlər.
Bu, qarnınızla danışmağın körpənizin erkən dil inkişafına necə təsir göstərdiyini təsdiqləyən çoxsaylı nümunədən biridir. Məqalələrimizi oxuyaraq körpənizin kənar dünyanı necə qəbul etdiyi barədə daha ətraflı məlumat alın.
Parlaq gələcək buradan başlayır
Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin
Sözlər
Araşdırmalar göstərir ki, körpənizin ana bətnində səsinizi dinləməsi onu rahatlaşdırır, ürək ritmini azaldır, həm bağlılıq yaratmağın, həm də erkən dil inkişafının təməlini atır. Təəccüblü olsa da, tədqiqatçılar hələ doğulmamış körpələrin laylalar kimi daha əvvəl eşitdikləri sözləri xatırlayaraq onlara pozitiv reaksiya verdiklərini müəyyən ediblər.
Yeni araşdırmaların inanılmaz nəticələri göstərir ki, hələ doğulmamış körpələr eşitdiklərini xatırlamaqla dil inkişafı üçün təməllər atırlar.
Eşitməyi öyrənmək
Eşitmə hamiləlik dövründə ardıcıllıqla inkişaf edir. İlbiz (səs dalğalarının ötürülməsindən cavabdeh) hamiləliyin 15-ci həftəsində tam formalaşır, 20-ci həftəsində tam işləyir, amma təxminən 24-30-cu həftələrə qədər hələ beyinlə əlaqəsi olmur.1 Odur ki, səslər qulağına çatsa da, körpəniz üçüncü rübə qədər onları “eşitməyəcək”. Bu müddətdə körpəniz iybilmə, toxunma və hərəkət etmək vasitəsilə uşaqlıq boşluğunun daxilindəki həyatı artıq öyrənib. Qarnınızla danışmaqla körpənizin kənar dünya haqqında da öyrənməsinə kömək edə bilərsiniz.
Onun ən çox sevəcəyi sizin səsiniz olacaq və doğulduqdan sonra da uzun müddət ona rahatlıq verməyə davam edəcək.
Çox güman ki, körpənizin eşidəcəyi ilk səs bədəninizin daxili funksiyalarının səsi olacaq: ürək döyüntüləriniz, nəfəs almağınız, həzm prosesindəki qurultular.2 Amma onun uşaqlıq boşluğunda eşidəcəyi ən vacib və ən güclü səsin sizin səsiniz olacağı düşünülür.3 Bundan sonra əgər səslər kifayət qədər yüksək olarsa və yaxından gələrsə, o, ətrafınızda baş verənləri eşidə, musiqiyə reaksiya verə, qəfil səsləri və ailə üzvlərinin səslərini tanıya bilər. Amma ən çox sevəcəyi sizin səsiniz olacaq və o, doğulduqdan sonra da uzun müddət körpənizə rahatlıq verməyə davam edəcək.
“Körpənizin ilk xatirələrini yarada bilərsiniz.”
Doğuşdan əvvəlki xatirələr
Dölün ürək ritmlərini ölçərək müəyyən etmişdilər ki, hələ doğulmamış körpə ilk dəfə eşitdiyi səslərlə müqayisədə həftələr boyunca təkrar-təkrar eşitdiyi səslərə və ya laylalara fərqli reaksiya verir.
Onlar tanış sözləri eşidərkən ürək ritmləri aşağı düşür və bu onların rahatlaşdıqlarının göstəricisidir. Daha da inanılmazı olan isə odur ki, onlar bu sözləri bir neçə həftə ərzində eşitməsələr və bundan sonra hətta başqası tərəfindən səslənsə belə, yenə də həmin sözləri eşitdiklərini xatırlaya bilirlər.4 Bundan başqa onlar doğulduqdan sonra da bu sözləri qısa müddətlik xatırlamağa davam edirlər, buna görə qarnınıza nağıl və laylaları oxumaqla körpənizin ilk xatirələrini yarada bilərsiniz.
NÖVBƏTİ ADDIMLAR
- Hamiləliyin üçüncü rübündə sevimli layla və ya qısa nağılınızı seçərək gündə bir dəfə ucadan səsləndirin.
- Sakit bir yer tapın, dərindən nəfəs alın və rahatlaşın. Yüksək stres səviyyələrinin körpənizin immunitetinə təsir göstərə biləcəyi sübut olunmuşdur,5,6 buna görə də körpənizlə birlikdə bir qədər sakit vaxt keçirməyiniz bir çox cəhətdən faydalı ola bilər.
- Əgər qarnınıza oxumaq sizin üçün rahat deyilsə, narahat olmayın, siz hər dəfə danışanda körpəniz səsinizi öyrənir, bununla da aranızdakı bağ təbii olaraq inkişaf edir.
- Körpənizin davranışını izləyin. Yadda saxlayın ki, sizin səsiniz onu sakitləşdirir, buna görə də həmin vaxt ondan daha çox yox, daha az hərəkət gözləyin.
- Körpənizin fərqli növ səslərə, məsələn, mahnıya, səsli uşaq oyuncağına, yaxud başqasının səsinə reaksiyasını yoxlayın.
- Atası və qardaş-bacısı da qoşula bilər – körpənizin eşitməsi üçün onlar da qarnınıza yaxın durmalı və ehtiyatlı olmalıdırlar.
Körpənizin ana bətnində necə eşitməsi və onun erkən inkişafa necə həvəsləndirmək barədə məqalələrimiz vasitəsilə öyrənin.
- Graven SN, Browne JV. Auditory development in the foetus and infant. Newborn Infant Nurs Rev 2008;8(4):186-93.
- Abrams RM, Gerdhart KJ. The Fetus: The acoustic environment and physiological responses of the fetus. J Perinatol 2000;S20:30-5.
- Fifer WP, Moon CM. The role of mother’s voice in the organization of brain function in the newborn. Acta Paediatr Suppl 1994;397:86-93.
- DeCasper AJ et al. Fetal reactions to recurrent maternal speech. Infant Behav Dev 1994;17:159-64.
- Marques AH, Bjorke-Monsen AL, Teixeira AL, Silverman MN. Maternal stress, nutrition and physical activity: impact on immune function, CNS development and psychopathology. Brain Research. 2015;1617:28–46.
-
Vianna P, Bauer ME, Dornfeld D, Chies JAB. Distress conditions during pregnancy may lead to pre-eclampsia by increasing cortisol levels and altering lymphocyte sensitivity to glucocorticosteroids. Medical Hypotheses. 2011;77:188–91
Vianna P, Bauer ME, Dornfeld D, Chies JAB. Distress conditions during pregnancy may lead to pre-eclampsia by increasing cortisol levels and altering lymphocyte sensitivity to glucocorticosteroids. Medical Hypotheses. 2011;77:188–91
Son baxış: 19 iyun 2016
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.