Ana bətnində dil öyrənmək

Tanış səs

Körpənizin erkən dil inkişafını başa düşmək

Körpələr ətraflarındakı dünyanı eşitməyə başlayanda kəşf etdikləri ən vacib səs analarının səsidir. Bu tanış səs onları sakitləşdirəcək və rahatlaşdıracaq, sosial və emosional inkişafı, dil və nitq bacarıqları üçün təməl rolunu oynayacaq.1

Bu, müfəssəl şəkildə araşdırdığımız ecazkar tədqiqat sahəsidir. Körpənizin erkən dil inkişafının elmi əsası barədə daha ətraflı məqalələrimizdən öyrənin.

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

Erkən öyrənmə

Körpəniz hamiləliyin 24-30-cu həftələrində bəzən səslərə reaksiya verməyə başlayacaq.2 Ona ən çox təsir edən səs sizin səsinizdir. Qarnınızla danışmaq sadəcə körpənizlə bağlılıq yaratmaq deyil. Bu, həqiqətən də körpənizin öyrənməsinə kömək edir. Körpəniz dediyiniz hər bir şeyi eşidəcək, sizin səsinizi tanıyacaq və onu digər səslərdən seçəcək. Bundan başqa ətrafınızdakıların da səslərini az da olsa, eşidə biləcək, danışılanı dinləmək effekti bütün həyatı boyu təsirə malik olmaqla ona səsləri başa düşmək və emal etməyi öyrədəcək, həmçinin yaddaş bacarıqlarının inkişafına və ailə bağlarını güclənməsinə kömək edəcək.1

Yeni doğulmuş körpələr digər səslərə nisbətən insan səsinə daha çox reaksiya verirlər.3 Araşdırmalar onu göstərir ki, onlar geri-irəli verilən eyni danışıq və ya səssizlik ilə müqayisədə davam edən nitqi dinləyərkən beyinlərinin fəallığı artır. Nəzərə alsaq ki, bu reaksiya onlarda doğuşdan qısa vaxt sonra yaranır, dölün də ana bətnində səslərə və danışığa eyni reaksiyanı verdiyi düşünülür.3

pregnancy mum dad hands on bump 2
Onun üzərində ən çox təsiri olan səs sizin səsinizdir.

Bunu müəyyənləşdirmək üçün aparılan bir araşdırmada hamiləliyin son aylarında hamilə qadınların qarınlarına həftədə bir neçə dəfə “təsadüfi sözlər” səsləndirildi. Həmin körpələr doğuşdan sonra bu mənasız sözləri eşidərkən onları tanıdıqları halda, əvvəllər bu sözləri eşitməyən digər körpələr heç bir reaksiya göstərmədilər. Bu səsyazmanı dinləyən körpələr həmçinin hər hansı bir söz və ya səs dəyişdikdə buna reaksiya verirdilər və ən güclü reaksiyanı da ən çox dinləyən körpələr göstərirdi.4

Hələ doğulmamış körpələr ana dilini tanıya bilirlər.

Ana dili

Körpələr ana bətnində təkcə öyrəndikləri sözləri tanımırlar, araşdırmalar göstərir ki, onlar həm də öz ana dillərini də tanıyırlar və daha əvvəl eşitmədikləri dillərə nisbətən ona üstünlük verirlər.5

Bu sahədə aparılan bir araşdırma aydın şəkildə göstərdi ki, hamiləliyin sonrakı mərhələlərində körpələr təkcə analarının səslərini digər insanların səslərindən ayırmırlar, onlar həm də öz doğma dillərini (bu araşdırmada ingilis dili) xarici dildən (bu araşdırmada mandarin çin dili) seçə bilirlər.3 Beləliklə, körpələr hələ doğulmamışdan əvvəl dili başa düşməyə, nitq və sosiallaşmaq istiqamətində ilk qeyri-əmin addımlarını atmağa başlayırlar.

NÖVBƏTİ ADDIMLAR

  • Körpənizlə danışmaq və ya ona mahnı oxumaq üçün hər gün bir neçə dəqiqənizi ayırın.
  • Əgər iki dil bilmək kimi üstünlüyünüz varsa, niyə qarnınıza hər iki dildə danışmayasınız?
  • Sevdiyiniz uşaq kitabını və ya laylanı körpənizə oxuyun. Hətta o, gələcəkdə bunu xatırlaya da bilər.
  • Körpənizin davranışında hər hansı bir dəyişiklik olub-olmadığını izləyin. Yadda saxlayın ki, sizin səsiniz onun üçün sakitləşdirici təsirə malikdir, buna görə də həmin vaxt ondan daha çox yox, daha az hərəkət gözləyin.
  • Atası və qardaş-bacısı da qoşula bilər – körpənizin eşitməsi üçün onlar da qarnınıza yaxın durmalı və ehtiyatlı olmalıdırlar.
  • Birbaşa qarnınıza danışmaq sizin üçün rahat deyilsə, narahat olmayın, körpəniz siz hər dəfə danışanda səsinizi və dilinizi öyrənir.

Körpənizin ana bətnində səslərə reaksiyası barədə daha ətraflı məlumatı məqalələrimizdən tapa bilərsiniz.

  1. Fifer WP, Moon CM. The role of mother’s voice in the organization of brain function in the newborn. Acta Paediatr Suppl 1994;397:86-93
  2. Graven SN, Browne JV. Auditory development in the foetus and infant. Newborn Infant Nurs Rev 2008;8(4):186-93.
  3. Kisilevsky BS et al. Fetal sensitivity to properties of maternal speech and language. Infant Behav Dev 2008;32:59-71.
  4. Partanen E et al. Learning-induced neural plasticity of speech processing before birth. Proc Natl Acad Sci USA 2013;110:15145-5.
  5. Voegtline KM et al. Near-term fetal response to maternal spoken voice. Infant Behav Dev 2013;36:526-33.reference text

Son baxış: 19 may 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x