Qayğıkeş valideynlik yolu ilə uşağınızın inkişafına dəstək

İlk cavab

Uşağınıza sevgi və pozitivlik vermək

Uşağınızın emosional ehtiyaclarını anlamaq çətin tapşırıqdır. Uşaq sağlamlıq təlimi eksperti Dr. Aric Sigmanın qayğıkeş valideynliyin hansı mənanı daşıdığı və uşağınızın gələcəkdəki emosional və koqnitiv inkişafına necə təsir etməsi barədə dedikləri ilə tanış olun.

Bir valideyn olaraq sizin üçün uşağınızın fiziki ehtiyaclarını müəyyən etmək asandır – qidalanması, yaşadığı yer, tibbi xidmətlərlə təmin olunması. Amma bir uşağın, xüsusən də yeriməyə təzə başlayan uşağın emosional ehtiyacları aşkar olunmaya bilər, çünki o, ünsiyyət qurmağı hələ indi öyrənir.

Uşağın inkişaf edən beyninin formalaşmasında ən vacib üsullardan biri uşaq ilə valideynlər arasında olan və “qəbul et və qarşılıq ver” adlanan qarşılıqlı əlaqədir. Körpələr və yeriməyə təzə başlayan uşaqlar təbii olaraq “qağ-quğ” etmək, üz ifadələri və jestlərlə ünsiyyətə girirlər və böyüklər də eyni hərəkətlərlə qarşılıq verirlər.1 Bu irəli-geri proses, xüsusən ilk illərdə beynin işləməsi üçün təməl rolunu oynayır.

Qayğıkeş valideynlik uşaqların emosional siqnallarına cavab vermək üçün isti və qəbuledilən davranışlarla “qəbul et və qarşılıq ver” qarşılıqlı əlaqə üsulunu təşviq edir.

responsive parenting

Valideynliyin bu üsulu uşaqlarımızın ehtiyaclarını başa düşməyimizə və onlara daha yaxşı qarşılıq verməyimizə kömək edir, onun sağlamlığı və inkişafında əsaslı təsirə malik ola bilər.2,3

Qayğıkeş valideynliyə nələr daxildir?

Uşaqlarımızın ehtiyaclarını başa düşməyimiz bizim diqqətlə müşahidə etdiyimizi və uşağımızın davranışlar vasitəsilə bizə verdiyi siqnallara məna qazandırdığımızı görən biri üçün çətin proses ola bilər. Qayğıkeş valideynlik uşaqlarımızı nəyin hərəkətə keçirdiyini – onları həyəcanlardıran, məşğul edən, hirsləndirən, yaxud sakitləşdirən şeylər – öyrənə bilməyimiz üçün daha hissiyyatlı və agah olmağımızı özündə ehtiva edir. Vəziyyətdən asılı olaraq fərqli formalara düşə bilər; məsələn, xəstəlik əlaməti, sözlü şərh, yaxud müəyyən üz ifadəsi kimi işarələrə reaksiya veririksə.2 Bu, həmçinin kimin reaksiya verdiyinə də bağlı ola bilər – ilk illərdə bu şəxs ana olur. Bütün hallarda uşaqlarımızla bağlı bir vəziyyətə reaksiya veririksə, bu, bir qayda olaraq üç mərhələli prosesdən keçir.2

  1. Müşahidə: Uşağımızın hərəkəti və dialoqu kimi bədən dili və işarələrini müşahidə etmək
  2. Şərhetmə: Bu işarələri şərh etmək, aydınlaşdırma, məsələn, yorğundur, yoxsa özünü yaxşı hiss etmədiyinə dair işarələr verir?
  3. Hərəkət: Uşağımızın ehtiyacını qarşılamaq üçün sürətli, davamlı və effektiv hərəkət etmək

Qayğıkeş valideynlik niyə vacibdir?

Qayğıkeş valideynlik son dərəcə əhəmiyyətlidir, uşağın sağlamlığı və inkişafını həm qısa, həm də uzun müddətli dövrdə, hətta genetik səviyyədə belə yaxşılaşdırır. Uşağımızın miras aldığı genlər statik və ya sabit deyil, amma uşağımızın təcrübələri ilə “ifadə olunur” – aktivləşir və ya kənar edilir. Bu da onun inkişaf edən beyin arxitekturasını şəklə salır və cəmiyyətin sağlam, məhsuldar üzvləri kimi böyüyüb-böyüməyəcəyinə güclü təsir edir.

Pozitiv təcrübələr uşağın genetik potensialını aktivləşdirən genlər üzərində öz kimyəvi imzasını qoyur.4,5

Həyatının erkən dövrlərində analarının pozitiv təcrübələr yaşatdığı məktəb yaşlı uşaqların beyinləri daha böyük hippokampa malik olur, bu, öyrənmə, yaddaş və stresə reaksiya üçün vacib olan aparıcı strukturdur.6

mum toddler laughing 2 Qayğıkeş valideynlik uşaqlarımızın ehtiyaclarını başa düşməyimizə və onlara daha yaxşı qarşılıq verməyimizə kömək edir, onun sağlamlığı və inkişafında əsaslı təsirə malik ola bilər.

Araşdırmalar həmçinin ananın cavab reaksiyasının az çəkili doğulmuş körpələrin inkişafında qoruyucu təsirə sahib olduğunu, sosial təşviş və depressiv əhval-ruhiyyə kimi problemləri azaltdığını göstərmişdir.7,8

Qarşılıqlı əlaqələr uşağın sağlamlığı və inkişafı üçün vacib olduğu halda, qayğıkeş valideynlik üsulunun olmaması, xüsusən təzə yeriməyə başlayan uşaqlarda neqativ təsir yarada bilər. Aydındır ki, uşağımızın gündəlik (bəzən isə tələbkar) ehtiyaclarına dərhal cavab verə bilmədiyimiz situasiyalar və anlar ola bilər, buna görə də valideynlər uşaqlarının daimi çağırışlarından kənarda qaldıqlarına görə çox narahat olmamalıdırlar.

Amma körpəlikdən başlayaraq ‘qəbul et və qarşılıq ver’ qarşılıqlı əlaqəsində nəzərəçarpan qırılmanın olması, güvənilməyən cavab reaksiyası və ya reaksiya çatışmazlığı uşağın beyninin inkişafını poza bilər. Uşağımızla qarşılıqlı əlaqə çatışmazlığı səbəbindən yaranan itirilmiş imkanlar uşaqda stresə yol aça, bu isə öyrənmə, davranış və sağlamlıq problemləri ilə nəticələnə bilər.1,9

mum toddler floor towel over heads

Davamlı olaraq reaksiya göstərmək və uşağımızın mütəmadi olaraq dəyişən ehtiyaclarını başa düşmək mürəkkəb və tələbkar prosesdir və buna nail olmaq bəzilərimiz üçün daha çətin ola bilər.10 Bu, xüsusi ehtiyacları olan uşaqların valideynləri kimi müəyyən öhdəliklərdə xüsusən doğru ola bilər. Məhdud imkanlı valideynlərin öz uşaqlarının nəticələrinə daha az təsir göstədikləri tez-tez görülür, amma uşaqlarımıza cavab reaksiyası vermək üçün ən xırda cəhdlər belə müsbət nəticələr verə bilər.

Uşaqlarımızla qarşılıqlı əlaqəni necə qoruya və inkişaf etdirə bilərik?

Valideynlik çətindir. Qayğıkeş valideynlik son dərəcə tələbkar ola bilər və bəzi hallarda müəyyən təlimlər keçmək mütləqdir. Faktiki olaraq, valideynlərə qayğıkeş davranışların əhəmiyyətini başa düşməyə kömək edən müdaxilələr göstərir ki, qarşılıqlı ünsiyyətdəki artım uşaqlarda valideynlərinə qarşı daha etibarlı əlaqə və bağlılığın inkişaf etməsinə, daha yaxşı problem həll etmək, dil və sosial bacarıqlara gətirib çıxarır.11

Bu qarşılıqlı əlaqənin mükəmməl nümunəsi birlikdə kitab oxumaqdır. Yatmamışdan əvvəl uşağınıza kitab oxumağı bəlkə də artıq vərdiş halına salmısınız, amma birlikdə kitab oxumaq başqa faydaları da təmin edə bilər.

Birlikdə kitab oxumaq uşağımızla birlikdə bir kitabı kəşf etmək deməkdir və şifahi nitqin və savadlılığın inkişafı üçün vacibdir.11

Mütəxəssislər valideynlərin balaca uşaqları şəkillər və kitab barədə danışmağa təşviq edən metodlardan istifadəni öyrətməyin təsirlərini araşdırmışdır. Bu metodlar və qarşılıqlı təsirin, xüsusən yazma-oxuma problemləri baxımından aşağı risk qrupunda olan uşaqlarda uşaq dilinə müsbət təsiri olmuşdur.11,12

mum baby book 2

NÖVBƏTİ ADDIMLAR

  • Bəzən kitab oxuyanda uşaqlarımızla etdiyimiz söhbət təbii olaraq həqiqi mətnin çərçivəsindən çıxaraq “iki istiqamətli proses” olacaq. Biz bundan söhbətin baş verməsinə imkan yaradaraq və uşağımızın sözlərinə, reaksiyalarına, suallarına qarşılıq verərək və ola bilər ki, onlardan bəzilərini genişləndirərək yararlana bilərik.
  • Uşağınızla kitab oxuyarkən inadkar məktəb müəllimi olmadan şəkillər və ya sözləri tanımasına və onları sizinlə birlikdə oxumasına təşviq edə bilərsiniz.
  • Amma çox sual verməyin. Oxuduğunuz barədə sual vermək üçün bəzən fasilə edərkən uşağınızın diqqətini inkişaf etdirməyə imkan yaratmaq üçün axını dayandırmayın.
  • Uşaqlar oxuduğumuz şeylərə reaksiyalarımızı anlayırlar. Odur ki, özümüzü hekayənin içinə daxil edə bilsək, kitabdan və uşağımızla fasiləsiz vaxt keçirməkdən zövq alsaq, onda onların da kitabdan və oxumadan zövq almaq ehtimalları daha çox olar. Oxumaq sadəcə ev tədrisinin bir forması olmalı deyil. Bizim kitab oxumaq şövqümüz böyük əhəmiyyət daşıyır.
  • Bəzən uşağınız siz kitab oxuyarkən sadəcə səsinizi eşitmək istəyə bilər, çünki oxuduğunuz nağıl, hekayə ilə həqiqətən maraqlanmaqdan əlavə, sizi və səsinizi rahatlıq və sakitliq bəxş edən kimi qəbul edir.

Nəticə:

Uşağımızla qurduğumuz münasibətlər onun sosial və emosional inkişafının əsasını qoyur. Erkən valideyn-uşaq münasibətləri uşağımızın emosional sağlamlığı və həyatın sonrakı mərhələlərində sosial əlaqələri üçün də təməl rolunu oynayır. Uşağımızın gələcəkdəki inkişafı üzərində bu qədər erkən təsirə malik olması həyatın ilk illərində qayğıkeş olmamağın niyə mənfi nəticələrə gətirib çıxara biləcəyini vurğulayır. Qayğıkeş valideynliyin əhəmiyyətini qəbul etmək və ehtiyac yarandıqda müdaxilələr etmək gələcək nəslin emosional rahatlığı, öyrənməsi, sağlamlığı və valideynlik üzərində daha uzun müddətli nəticələrə yol açacağı ehtimal edilir.1

Müəllif: Dr. Aric Sigman

aric headshot 3

Dr. Aric Sigman uşaq sağlamlığı təlimi mövzusunda mühazirələr oxuyur və uşaq sağlamlığı və inkişafı barədə məqalələr yazır. Kral Biologiya Cəmiyyətinin və Britaniya Psixoloqlar Cəmiyyətinin köməkçi üzvüdür. Dr. Sigman Avropa Birliyində Uşaqlığın Keyfiyyəti üzrə Avropa Parlamenti İşçi Qrupu tərəfindən çıxış üçün iki dəfə dəvət almışdır.

  1. Shonkoff JP et al. The science of neglect: The persistent absence of responsive care disrupts the developing brain. Available at http://developingchild.harvard.edu/wp-content/uploads/2012/05/The-Science-of-Neglect-The-Persistent-Absence-of-Responsive-Care-Disrupts-the-Developing-Brain.pdf (Accessed March 2016).
  2. Eshel N et al. Responsive parenting: Interventions and outcomes. Bull World Health Organ. 2006;84:991–8.
  3. Shah R et al. Positive Parenting Practices, Health Disparities, and Developmental Progress. Pediatrics 2015;136(2):318–326.
  4. National Scientific Council on the Developing Child. Early Experiences Can Alter Gene Expression and Affect Long-Term Development: Working Paper No. 10. 2010. Available at www.developingchild.harvard.edu/resources/early-experiences-can-alter-gene-expression-and-affect-long-term-development (Accessed April 2016).
  5. Naumova OY et al. Epigenetic Patterns Modulate the Connection Between Developmental Dynamics of Parenting and Offspring Psychosocial Adjustment. Child Dev 2016;87(1):98–110.
  6. Luby JL et al. Maternal support in early childhood predicts larger hippocampal volumes at school age. Proc Natl Acad Sci 2012;109(8):2854–2859.
  7. Laucht M et al. Differential development of infants at risk for psychopathology: the moderating role of early maternal responsivity Dev Med Child Neurol 2001;43(5):292–300.
  8. Landsem IP et al. Early intervention influences positively quality of life as reported by prematurely born children at age nine and their parents; a randomized clinical trial. Health Qual Life Outcomes 13: 25. Published online 2015 Feb 22.
  9. Molet J et al. Fragmentation and high entropy of neonatal experience predict adolescent emotional outcome. Translational Psychiatry 2016;6:e702.
  10. Landry SH et al. A responsive parenting intervention: The optimal timing across early childhood for impacting maternal behaviours and child outcomes. Dev Psychol 2008;44:1335–1353.
  11. Landry SH et al. The effects of a responsive parenting intervention on parent-child interactions during shared book reading. Dev Psychol 2012;48:969–86.
  12. Sloat EA et al. (2015) Parent-mediated reading interventions with children up to four years old: a systematic review. Issues Compr Pediatr Nurs 2015;38(1):39–56.

Son baxış: 30 iyun 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x