Hamiləlik ürəkbulanması ilə hyperemesis gravidarum (hamiləlik qusması) arasındakı fərqi necə ayırd etməli?
Simptomlar | “Normal” və ya yüngül hamiləlik ürəkbulanması | Orta-ağır hamiləlik ürəkbulanması | Hyperemesis gravidarum |
---|---|---|---|
Təsadüf edilmə dərəcəsi | Hamilə qadınların 75%-i müəyyən dərəcədə hamiləlik ürəkbulanmasından əziyyət çəkir | Ürəkbulanma və/və ya qusma hamilə qadınların təxminən 30%-ni narahat edir, 35%-də isə kliniki əhəmiyyətli simptomlar olur | Hamilə qadınların 1-1,5%-nə hyperemesis gravidarum diaqnozu qoyulur |
Ürəkbulanma və/və ya qusmanın tipik başlanğıcı və müddəti | Təxminən 4-6-cı həftələrdə başlayır, adətən 12-20-ci həftələrdə yüngülləşir | Təxminən 4-6-cı həftələrdə başlayır, 12-20-ci həftələrdənsonra da davam edə bilər | Hamiləlik təsdiqlənməmişdənəvvəl başlaya bilər, adətən 9-13-cü həftələrdə pik həddinəçatır, amma çox vaxt hamiləlik boyu davam edir |
Ürəkbulanma və/və ya qusmanın şiddəti | Müxtəlifdir, amma adətən qısa müddətli ürəkbulanma və nadir hallarda qusma. Həyattərzi və pəhrizdə dəyişikliklərlə asanlıqla öhdəsindən gəlmək olur | Simptomlar davam etdikcə müntəzəm ürəkbulanma və/və ya hər gün qusma çox vaxt həyat keyfiyyətinə (məsələn, alış-veriş, bişirmə, uşaqlara qulluq) təsir edir | Ürəkbulanma adətən sabit olur və gündə bir neçə qusma halı ilə müşayiət olunur. Yemək, içmək, özünüzün və başqalarının qayğısınaqalmağınıza təsir edə bilər |
Çəki itkisi | Əgər olarsa, minimal dərəcədə | Simptomlar davam edərkən bir və bir neçə kq itirilə bilər | Çəki itkisi adətən çox və sürətli olur. Hamiləlikdən əvvəlki çəkinin 5%-dən çoxunun itirilməsi hyperemesis gravidarumda geniş yayılıb |
Kliniki əlamətlər | Yoxdur | Susuzlaşma, çəki itkisi və ketoz əziyyət verə bilər. Müalicə edilməsə, orta-ağır hamiləlik ürəkbulanması hyperemesis gravidaruma səbəb ola bilər | Susuzlaşma, çəki itkisi, ketoz, elektrolit tarazlığın pozulması. Müalicə edilməsə, digər ağırlaşmalara gətirib çıxara bilər |
Həyat keyfiyyətinə təsiri | Əgər olarsa, minimal dərəcədə | Simptomlar davam etdikcə iş rejiminizi dəyişmək, daha çox dincəlmək və evdə daha çox köməyə ehtiyacınız yarana bilər | Həyat keyfiyyətinə bütünlüklə təsir edir. Çarpayıya və ya evə bağlı qalmaq, yeyə, içə, söhbət edə, televizora baxa, gur işıqla bacara, özünün qayğısına qala bilməmək |
Müalicə seçimləri | Pəhriz və həyat tərzində dəyişikliklər kifayət etməlidir. Dincəlmək, az-az və tez-tez yemək, zəncəfil və akupressura (nöqtə masajı), həmçinin xoş olmayan qoxulardan uzaq durmaq kömək edə bilər | Pəhriz və həyat tərzində dəyişikliklər kömək edə bilər, amma zəncəfil və akupressura kimi tipik tövsiyələr adətən effektiv olmur. Qusma əleyhinə dərmanlar verilməli, az-az yemək, qurtumqurtum içmək və bütün qoxulardan uzaq durmaq tövsiyə olunmalıdır | Tibbi müalicə simptomların şiddətinin azaldılmasında həlledici rol oynayır. Qusma əleyhinə dərmanlar, venadaxili maye yeridilməsi və steroidlər nəzərdən keçirilə bilər |
Yoxdur | Xəstəliyin psixoloji gərginliyinin öhdəsindən gəlmək üçün emosional və psixoloji dəstək tələb oluna bilər | Antenatal depressiya, postnatal depressiya və posttravmatik stres pozuntusu bu cür ağır simptomları olan qadınlarda geniş yayıla bilər |
Bir məqamı qeyd etmək vacibdir ki, bu, “normal” hamiləlik ürəkbulanması, orta-ağır hamiləlik ürəkbulanması və hyperemesis gravidarum arasındakı fərqlər barədə çox sadə tanışlıqdır.
Orta-ağır hamiləlik ürəkbulanması ilə hyperemesis gravidarum arasındakı fərq adətən aydın olmur.
Hamiləlik Ürəkbulanması Dəstək Mərkəzi xeyriyyə təşkilatı hansı dərəcədə olmasından asılı olmayaraq, hamiləlik ürəkbulanmasından əziyyət çəkən bütün qadınlara öz dəstəyini təklif edir.
Daha ətraflı məlumat üçün, zəhmət olmasa, əlaqə saxlayın.
www.pregnancysicknesssupport.org.uk
Qeydə alınmış xeyriyyə təşkilatı № 1094788